Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

“Müharibəni hərbi yolla udmaq mümkün deyil”

Ukrayna prezidenti: “Müharibəni hərbi yolla udmaq mümkün deyil”

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin aparıcı televiziyalarına müsahibə verib. “Media forum” saytının məlumatına görə, sentyabrın 21-də yayımlanan müsahibədə prezident Donbas bölgəsindəki müharibə üzərində daha çox dayanıb. Dövlət başçısı deyib ki, Ukrayna ordusunun ön xətdəki hərbi texnikasının 65 faizi məhv edilib və müdafiə olunmaq mümkünsüz hala gəlib. Pyotr Poroşenko hazırda vəziyyətin dəyişdiyini vurğulasa da, Donbasda yeni hərbi əməliyyatlara qarşı çıxıb: “Donbasda müharibəni hərbi yolla udmaq mümkün deyil, çünki Rusiya buna imkan verməz”.

Ukrayna prezidenti ölkəsinin ən müasir kəşfiyyat, müşahidə, radar vasitələri aldığını qeyd edib və bildirib ki, indi əsas diqqət təmas xəttində güclü müdafiə xətti qurulmasına yönəlib.

Pyotr Poroşenko mərkəzi hakimiyyətin hazırda separatçıların əlində olan bölgələrə maliyyə vəsaiti ayırmayacağını vurğulayıb: “Ukrayna yalnız sülhün bərqərar olduğu, Kiyev hakimiyyətinə bağlı və yerli özünüidarə orqanlarının legitim əsaslarla formalaşdığı əraziləri maliyyələşdirəcək”.

Bu ilin fevral-mart aylarında Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib.

İyun ayından Ukrayna Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyü üçün qəti hücuma keçib. Minlərlə insan itkisinə başa gələn əməliyyatlarda Donetsk və Luqansk vilayətlərinin bir hissəsi azad edilib.

Sentyabrın 3-də Donbas bölgəsində atəşkəs elan olunub. Ötən həftə isə Ukrayna Ali Radası prezident Pyotr Poroşenkonun göndərdiyi layihəyə baxaraq Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqda qanun layihəsini qəbul edib. Qanuna əsasən, üç il ərzində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydaları tətbiq olunur.
858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat