Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

Nyu-Yorkda 300 minlik yürüş keçirilib – Foto

Qlobal istiləşmə əleyhinə keçirilən aksiyada 310 min insan iştirak edib

ABŞ-ın Nyu-York şəhərində yüzminlərlə insanın iştirakı ilə izdihamlı ekoloji aksiya keçirilib.

İnterAz-ın “Russia Today”-ə istinadən məlumatına görə, dünən keçirilən və 310 min insanın iştirak etdiyi nəhəng yürüşdə dünya hökumətlərinə qlobal istiləşmə ilə bağlı xəbərdarlıq edilib.

Təşkilatçıların tarix boyu iqlimlə bağlı keçirilən ən izdihamlı yürüş adlandırdıqları ekoloji aksiyada Nyu-York ştatının 30 şəhərindən insanlar iştirak ediblər.

Təşkilatçılara görə, “Xalqın İqlim Yürüşü” adlanan yürüş say etibarilə bundan əvvəlki ehtimalları geridə qoyub. Yürüşdə sadə insanlardan əlavə tanınmış şəxslər də iştirak edib. İştirakçılar arasında BMT-nin baş katibi Pan Gi Mun, sabiq vitse prezident və nobel sülh mükafatçısı Al Qor və tanınmış Holivud ulduzu Leonarda Di Kaprio da olub. İzdihamlı yürüşə Nyu-York şəhərinin meri Bil de Blasio və şəhər şurasının sədri də qoşulub.

Yürüş iştirakçıları müxtəlif şüarlar səsləndirərək hökumətləri ekologiyanın qorunması və qlobal istiləşmə əleyhinə addımlar atmağa çağırıblar.
759 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...