Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
 Dini hökmləri öyrənmək vacibdirmi?
Ad: Əli, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Hökmləri bilmək dini biliklərin bir hissəsi olduğundan mükəlləf dini maarif və hökmləri öyrənməlidir ki, öz təkliflərini agahlıqla yerinə yetirə bilsin. Qurani-kərim bu barədə buyurur: "Nə üçün hər tayfadan bir dəstə (dini maarifi öyrənmək üçün) köç etmir ki, qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!" ("Tövbə" surəsi, ayə 122)
Bu ayə İslam dininin məsələlərinin öyrənib-öyrədilməsinin vacib olmasını bildirən aşkar dəlildir. Ayə həm müsəlman şəxs üçün dini elmi öyrənməsini, həm də onu başqalarına öyrətməsini zəruri bilir.
İmam Sadiq (ə) dini məsələlərə agahlığın lüzumunu çatdıraraq buyurur: "Dinə bəsirətsiz və agahlığı olmadan əməl edən adam yolunu düz getmir və öz məqsədindən uzaqlaşır". (Bihar əl-ənvar, c. 1, səh. 206)
İmam Kazim (ə) buyurur: "Hər kəs öz dininə agahlıqla əməl etməsə, Allah onun əməlindən razı olmur".
İslam Peyğəmbəri (s) də təkidlə buyurur: "Vay olsun hər o müsəlmana ki, həftədə bir gününü öz dinini öyrənmək və dini məsələlərini soruşmaq üçün ayırmır". (Bihar əl-ənvar, c. 1, səh. 176)
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı