Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

Rus kəşfiyyatı Litvada fəallaşdı

Rusiya kəşfiyyat orqanları Litvada fəaliyyətlərini intensivləşdiriblər.

Censor.net xəbər verir ki, bu barədə Litva Dövlət Təhlükəsizlik Departamenti məlumat yayıb.

Məlumata görə, departament vətəndaşların xarici kəşfiyyat orqanlarının Litvadakı fəaliyyəti ilə bağlı məlumat kitabçası da nəşr etdirib.

“Bəli, biz fəaliyyətin aktivləşdiyini müşahidə edirik. Bunun izahı da çox sadədir. Biz faktiki müharibə gedən regionda yaşadığımızı nəzərə almalıyıq”, - departamentin rəhbəri Gediminas Qrin bildirib.

Onun sözlərinə görə, əsas diqqət dövlət binalarına, o cümlədən sərhəd xidmətinə diqqət yetirilir.
868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11
İranda