Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

“Bizi susuz qoyan məmurlar belə şəraitdə yaşayarlarmı?”

Daşkəsən sakinlərinin su dərdi: “Bizi susuz qoyan məmurlar belə şəraitdə yaşayarlarmı?”

Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 45 ünvanında yaşayan sakinlər ciddi su problemi yaşayırlar.

Şikayətçilərin musavat.com-a verdiyi məlumata görə, onların yaşadığı əraziyə su 10 gündə bir dəfə gəlir. Ona görə də, həyətdəki ümumi bulağın qarşısında növbə yaranır.

Aşağı mərtəbələrdə yaşayan sakinlər iri tonluq çənləri doldurduqlarından, yuxarı mərtəbə sakinlərinə su çatmır. Çünki suyun verilmə müddəti cəmi 1 saatdır.

Bu problemə yalnız qeyd olunan ünvanda deyil, Daşkəsənin bir çox yerlərində rast gəlmək mümkündür. Hər halda, şikayətçilər belə deyirlər. Həyətə gələn içməli su üstündə mübarizə və mübahisədən yorulduqlarını deyən sakinlər aiddiyyatı qurumları problemi həll etməyə çağırırlar.

Sakinlər bu problemdən artıq bezdiklərini deyirlər: “Susuzluq bizi tam bezdirib. Belə şey olar? Neçə vaxtdır ki, eyni vəziyətdə yaşayırıq. 21-ci əsirdə əlimizdə vedrələrlə sırada dayanmaq adama pis təsir edir. Bəzən buna görə sakinlər arasında mübahislər də yaranır. Sanki hansısa dağın başında yaşayırıq. Dağda yaşayanlarla heç bir fərqimiz yoxdur”.

Şikayətçi sakinlərin dediklərinə görə, bu problemlə bağlı müraciət etmədikləri qurum qalmayıb: “Bizi susuz qoyan məmurlara səslənirik. Onlar belə bir şəraitdə yaşayarlarmı? Onlar belə bir duruma nə qədər dözə bilərlər? Özləri lüks şəraitdə, villalarda yaşayırlar. Hərdən bu adi vətədaşlara da bir əl uzatsalar, yaxşı olar. Şikayət etmədiyimiz yer qalmayıb. Ən son çarəmiz bizi eşitməyən məmurlara mətbuat vasitəsi ilə səslənmək oldu”./jam/
797 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:54