Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

ABŞ və müttəfiqləri Suriyaya hücum etdi

Amerika Birləşmiş Ştatları (ABŞ) və müttəfiqləri Suriyada İŞİD terror qruplaşmasına qarşı hücum əməliyyatları həyata keçiriblər.

Bu barədə Pentaqon sözçüsü Con Kirbi açıqlamasında bildirib.

“ABŞ ordusu və müttəfiq ölkələrin hərbi qüvvələri qırıcı təyyarələrdən və “Tomaqavk” quru əməliyyatı raketlərindən istifadə edərək Suriyadakı İŞİD terrorçularına qarşı hərbi əməliyyata başlayıb.” – deyə C. Kirbi açıqlayıb.

Əməliyyatların davam etdiyini vurğulayan Pentaqon sözçüsü buna görə də ətraflı məlumat verməkdən çəkinib.

“Bu hava hücumlarının qərarı baş komandan tərəfindən verilib və bu gün səhər saatlarından ABŞ Mərkəzi Ordu komandanlığı nəzarəti altında həyata keçirilir. Məsələ ilə bağlı daha sonra əlavə məlumatlar veriləcək” – deyə C.Kirbi sözlərinə əlavə edib./ans/
859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP