Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

Döyülən hüquq müdafiəçisi polisin nəzarətinə verilib

"Mən ciddi xəsarət almışam, iki litr qan itirmişəm, belə vəziyyətdə mənə qarşı uydurma ittihamın irəli sürülməsini işgəncə hesab edirəm"

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikasında döyülən hüquq müdafiəçisi İlqar Nəsibova qarşı CM-in 127.1( qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə rəsmi ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarətinə verilmə kimi həbs qətimkan tədbiri seçilib.

Bu tədbir yaşayış yerindən başqa yerə getməyi qadağan edir və müntəzəm olaraq polisdə qeydiyyatdan keçməyi nəzərdə tutur. Eyni zamanda polis İ.Nəsibovun mənzilinə gəlib onu yoxlaya bilər.

“Mən vəkildən imtina etdim. Özüm özümü müdafiə edəcəm. Müəyyən vaxtdan sonra lazım gəlsə Bakıdan vəkil çağıracağıq”, - deyə o, "Turan İA"a bildirib.

F.Əsgərovla üzləşmə prosesində Əsgərov onun üzünə duraraq xəsarət yetirdiyini deyib.

“Mən ciddi xəsarət almışam və bərpa prosesi uzun çəkəcək. İki litr qan itirmişəm. İndi də başım fırlanır, üzümün keyi açılmayıb. Müalicə olunmama ehtiyac var. Belə vəziyyətdə mənə qarşı uydurma ittihamın irəli sürülməsini işgəncə hesab edirəm”, - İlqar Nəsibov belə deyib.

İ. Nəsibov avqustun 21-də QHT və Demokratiyanın İnkişafı Resurs Mərkəzində F.Əsgərov və digər şəxslər tərəfindən döyülüb.

Ağır xəsarət almasına, çoxsaylı sınıqların olmasına baxmayaraq, polis yalnız sentyabrn 4-də cinayət işi qaldırıb. İ.Nəsibov zərərçəkən kimi tanınıb. Lakin iş “qəsdən yüngül xəsarətin yetirilməsi” maddəsi ilə qaldırılıb.

Bir çox beynəlxalq təşkilatlar işin araşdırılmasını və cinayətkarların, hücumun sifarişçilərinin cəzalandırılmasını tələb ediblər. Sonuncu səfə bu tələb sentyabrın 18-də Avropa Parlamentinin qətnaməsində səslənib.

Bundan sonra Naxçıvan polisi İ.Nəsibovu F.Əsgərovu döyməkdə ittiham edib./meydantv/
858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı