Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

Leyla Yunusa qarşı fiziki və mənəvi terror həyata keçirilir

“Bu proses Penitensiar xidmət rəhbərliyinin “xeyir-dua”sı ilə baş verir”

Leyla Yunusa işgəncə verdiyi bildirilən Nuriyyə Hüseynovanın bugünlərdə müraciəti yayılıb və bu müraciətdə Leyla Yunusun vəkilləri də ittiham olunub. Belə ki, Nuriyyə Hüseynova “cinayətkar”adlandırılmasını qanunsuz hesab edib və haqqında yazııanları şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirib.

Leyla Yunusun vəkili Əlayif Həsənov müvəkkilinə verilən işgəncələr və mətbuatda bu haqda yazılanlar barədə “Azadlıq”ın suallarını cavablanıdırdı.

Leyla Yunusun üzləşdiyi işgəncələrlə bağlı hansı addımlar atılıb?

Biz çalışırıq ki, Leyla xanımla intensiv görüşək və baş verənlərə vaxtında münasibət bildirək. Mən bugün Penitensiar xidmətin rəhbərliyinə və Respublika prokurorluğuna müraciət ünvanlamışam. Bildirmişəm ki, bu işgəncə faktları araşdırılmalı və buna son qoyulmalıdır.

Nuriyyə Hüseynovanın Leyla Yunusla eyni kamerada saxlanması nə qədər doğrudur?

Leyla Yunusa qarşı baş verənlər özbaşınalığın əlamətləridir. Hakimiyyət elə vəziyyətdədir ki, məhkumların müdafiəsinə ehtiyac duyur. “İlkin həbs yerlərində saxlananlar haqqında” qaydalara əsasən yetkinlik yaşına çatmayanlar və ilk dəfə şübhəli şəxs qismində saxlananlar, əvvəllər məhkum olunmuş şəxslərlə eyni kamerada saxlanıla bilməz. Bundan əlavə, Penitensiar Xidmətin rəhbərliyinin vəzifəsi hər bir saxlanılan şəxsin təhlükəsizliyini təmin etməkdir. Nuriyyə Hüseynova əvvəllər məhkum olunub və bilgilərimə görə, məhkumluğu hələ ödənilməyib. Ancaq, Penitensiar xidmətdən belə arqument gətirirlər ki, təcridaxanada təmir getdiyi üçün, Nuriyyə Hüseynova müvəqqəti olaraq Leyla Yunusla bir yerdə saxlanılır. Bu qanunsuzluqdur və bu məsələdə prinsipiallığın göstərilməsi də onu deməyə əsas verir ki, nuriyyə Hüseynova qəsdən bu kamerada saxlanılır.

Nuriyyə Hüseynova müraciət yayıb və vəkillərin səsləndirdiyi fikirlərin böhtan olduğunu bildirib

Nuriyyə Hüseynova haqqında ilk dəfə məlumatları mən yaymışam və Leyla xanımın şəxsən verdiyi məlumatlara istinad etmişəm. Leyla xanımın çiynində və ayaqlarında olan xəsarət izlərini şəxsən görmüşəm, vəkil Fariz Namazlı də mənimlə birlikdə bu xəsarətlərə şahidlik edib. Bundan əlavə Leyla Yunus BMT-nin işgəncələr əleyhinə komissiyasının üzvlərinə də bədənindəki xəsarət izlərini göstərib. Leyla xanım həbs olunan ilk gündən saxlandığı kamerada ona qarşı aşkar şəkildə təzyiqlər var. Əgər biz yalan danışırıqsa, həmin kameraya baxış keçirilsin, Leyla Yunusun üzərində ekspertiza aparılsın və nəticəsi haqda məlumat verilsin. Ancaq, bu prosedurlar həyata keçirilmir. Əgər şəxsin həyatına konkret təhlükə varsa bütün hallarda onlardan birinin kamerası dəyişdirilməlidir. Əgər bu edilmirsə deməli, Nuriyyə Hüseynovanın əməlləri Penitensiar xidmətin rəhbərliyinin “xeyir-dua”sıyla həyata keçirilir. Düşünürəm ki, Nuriyyə Hüseynovanın müraciətində vəkilləri hədəf alması təsadüfi deyil. Ola bilər ki, müxtəlif ittihamlarla vəkilləri işdən uzaqlaşdırmaq, suçlu vəziyyətə salmaq, hətta həbs etmək fikirləri var. Hansı ki, biz əvvəllər məhkum olunmuş şəxs haqqında “cinayətkar” ifadəsini işlətməklə, təqsirsizlik prezumpsiyasını pozmamışıq.

Leyla Yunusun bədənindəki xəsarətlərlə bağlı Penitensiar xidmətin rəhbərliyi konkret hansı arqumenti səsləndirir?

Maraqlıdır ki, Leyla xanıma qarşı baş verən sistematik qanun pozuntulara nə Penitensiar Xidmət, nə Baskı İstintaq Təcridxanasının yerləşdiyi ərazi prokurorluğu, nə də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi adekvat reaksiya vermədiyi, araşdırma aparmadığı halda hakimiyyətin nəzarətində olan KİV-lər və bir sıra hüquqşünaslar bizə qarşı kampaniyaya başlayıblar. Bugünə qədər bizim müraciətlərimizə cavab verilməyib. Leyla Yunusun həbsxana rəhbərliyinə müraciət edib və onu qəbul etmələrini tələb edib. Ancaq, onun müraciəti də cavabsız qalıb. Hansıki, təcridxana rəhbərliyi hər bir məhkumu dinləməyə borcludur. Çünki, bu adamların azadlığı məhdudlaşdırlsa da, digər hüquqları qüvvədədir və bu hüquqlara hörmətlə yanaşılmalıdır. Bu gün Leyla Yunusa qarşı mənvi və fiziki terror həyata keçirilir. Bu məsələləri araşdırmaq əvəzinə, vəkilləri yalançı adlandırırlar. Vəkillərin dediklərinin yalan olduğunu kim sübut edib? Bizim qənaətimiz belədir ki, Leyla Yunusa qarşı baş verənlər yüksək səviyyədə planlaşdırılıb.

Leyla xanımın qidalanmasına məhdudiyyət yaradılırmı?

Leyla xanıma sovqatlar aparılır və müəyyən sovqatlar özünə verilir. Ümumilikdə isə, məhkumların qidalanma məsələsində problem var. Bir qayda olaraq təqsirləndirilən şəxslər şikayətlənirlər ki, onlara atırlmış ərzaqlar normal qaydada verilmir. Təəssüf ki, bu problem nə aidiyyatı orqanların, nə də hüquq müdafiə təşkilatlarının diqqətində deyil. MTN-nin təcridaxanalarında vəziyyət nisbətən yaxşıdır. Penitensiar xidmətin tabeliyində olan təcridxanalarda isə vəziyyət yaxşı deyil./azadlıq/
1018 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP