Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

Bin Ladenin köməkçisi prezident olmaq istəyir

Bin Ladenin köməkçisi Əfqanıstan prezidentliyinə namizəd olmaq niyyətindədir
Əfqanıstanın məşhur imamı, ekstremist təşkilatlarla geniş əlaqələrə malik Əbdül Rəsul Səyyaf oktyabrın 3-də ölkə prezidentliyinə namizədlik niyyətini açıqlayıb.

SalamNews-un “Lenta.ru”ya istinadla verdiyi xəbərə görə, bu barədə Reuters agentliyi məlumat yayıb.

“Assoşeyted Pres” (Associated Press) agentliyinin məlumatında isə deyilir ki, ölkənin birinci vitse-prezidenti postuna səhra komandiri İsmayıl Xan, ikinci vitse-prezident postuna isə senator Əbdül Vəhad İrfan iddialıdır.

Müvafiq sənədi əldə edən Səyyaf “Əfqanıstanın əsl vətənpərvərləri ilə birlikdə ölkəsinə və xalqına xidmət etmək şansı almaq üçün” seçkilərə getdiyini bildirib.

Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri 2014-cü ilin aprelində keçiriləcək.
1510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber