Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

Müdafiə Komitəsi Leyla Yunusla bağlı bəyanat verdi

Leyla Yunusun və digər siyasi məhbusların Hüquqlarının Müdafiə Komitəsi bəyanat yayıb. Bəyanatda deyilir:

Bu gün Kürdəxanı müvəqqəti saxlama təcridxanasında saxlanılan Sülh və Demokratiya İnstitutunun direktoru, tanınmış hüquq müdafiəçisi Leyla Yunusa vəkilləri ilə görüşə icazə verilməməsi Azərbaycanda qanunsuzluğun, siyasi məhbuslara və vicdan məhbuslarına qarşı hüquqa zidd münasibətin daha bir göstəricisidir. Əslində, Leyla xanım cəmiyyətə ünvanlanan sonucu məktubunda hər şeyə aydınlıq gətirmişdi. O, yazmışdı ki, həftə sonu ona qarşı təxribat hazırlanır. Görünür bu təxribatın nəticələri ağır olduğu üçün, hakimiyyət orqanları baş verənlərin ictimailəşməsindən ehtiyat edirlər.

Belə hüquqa zidd əməllərin fonunda Azərbaycan qanunsuzluğun tüğyan etdiyi “Avropa ölkəsinə” çevrilib. Mövcud qanunlar ilk dəfə həbs yerinə düşmüş şəxslərin, həmçinin indiki halda Leyla xanımın əvvəllər məhkum olmuş Nuriyyə Hüseynovla bir kamerada saxlanmasın qadağan etdiyi halda, qanunun bu tələbi çox asanlıqla onu icra etməli olan vəzifəli şəxslər tərəfindən pozulur. Qəribə də olsa, Penitensiar xidmət orqanı Leyla xanımın Nuriyyə Hüseynova ilə bir kamerada yatmağa məhkum edilməsini təcridxanada yer problemi ilə izah edirlər. Əgər hakimiyyətin yer problemi varsa, günahsız adamları həbs etməsin. Ümumilikdə isə, penitensiar xidmətin yer problemi varsa, bunun bədəlini Leyla xanım ödəməməlidir.

Bu ölkədə nəinki qanunlar, hətta Konstitusiyanın təməl prinsiplərinə belə məhəl qoyulmur. Məmur göstərişi Konstitusiyanın maddələrindən üstün hüquqi qüvvəyə malikdir. Şübhəsiz ki, bu orta əsr vəhşilikləri ilə Leyla xanımı sındırmaq, onu aman diləməyə məcbur etmək, bununla da insan əzabları, şərəfli həyat yaşamış bir hüquq müdafiəçisinə verilən işgəncələr hesabına öz daxili tələbatlarını ödəmək istəyirlər. Leyla Yunusun və digər siyasi məhbusların Hüquqlarının Müdafiə Komitəsi hakimiyyət orqanlarının bu qanunsuz əməllərini qəti şəkildə pisləyir, ən qısa zamanda Leyla xanıma öz vəkilləri ilə görüş imkanı yaradılmasını tələb edir. Bu, qanunun tələbədir və təqsirləndirilən şəxs qismində saxlanılan vətəndaşın müstəsna hüququdur, ən nəhayət, vətəndaşla müqavilə bağlamış vəkilin peşə borcudur. Bunların hamısına təminat vermək isə dövlətin konstitusyon borcudur./azadlıq/
860 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...