Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

Kürdlər “İŞİD”-in hücumunun qarşısını alıblar - Foto

Suriyada kürd silahlıq qüvvələri “İŞİD”-in Eyn əl-Ərəb (Kobani) şəhərinə hücumunun qarşısını alıblar.

İnterAz-ın Reuters-ə istinadən məlumatına görə, bu barədə kürd silahlılarının nümayəndəsi məlumat verib.

“Şiddətli döyüşlər hələ də davam edir amma ötən gecədən etibarən “İŞİD”-in şərq tərəfdən şəhərə hücumunun qarşısını aldıq.” – YPG kimi tanınan kürd özünümüdafiə qüvvələrinin sözçüsü Redur Xəlil “Skype” vasitəsilə məlumat verərkən deyib.

Onun sözlərinə görə, “İŞİD”-lə ən ağır döyüşlər Kobani şəhərinin şərq tərəfində baş verib.

Suriya insan hüquqları üzrə müşahidəçi qrupun məlumatına görə isə, təkfirçi terror qruplaşması son 24 saat ərzində nəzərəçarpan hücum əməliyyatı təşkil etməyib.

R.Xəlilin sözlərinə görə, onlara kömək üçün Türkiyədən gələn yüzlərlə kürd könüllüsü müqavimət qüvvələrinin tərkibində döyüşüb. 



1075 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.17, 09:37
YENƏ DƏ İNTİHAR
29.05.17, 09:21
YENƏ İNTİHAR
29.05.17, 09:08
Təqva qorxmaqdır?
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA