Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

PKK Türkiyəyə savaş elan elədi

Türkiyə - PKK münasibətlərində yenidən gərginlik yaranıb.

PKK lideri Murad Qarailan İŞİD-in Kobaniyə hücumlarına dair açıqlamasında Türkiyənin xəyanət etdiyini söyəyib: “Əlimizdə sənədlər var, Türkiyə bir daha kürəyimizdən vurdu. Kobaniyə hücum Türkiyə ilə İŞİD-in birgə planıdır və kürdləri bir daha arxadan vurdular. Bu, xəyanətdir və son sözü Öcalan deyəcək. Bizim üçün artıq sülh prosesinin bir mənası qalmadı”.

M.Qarailan sərt çıxışında qeyd edib ki, Türkiyə artıq bizi aldada bilməz:

“Bu, bir savaş elanıdır. Biz indi Öcalanın açıqlamasını gözləyirik”.

Qeyd edək ki, İŞİD girovluğundan azad edilən 49 türk diplomatının sərbəst buraxılması haqda müxtəlif mülahizələr səslənir. Ərdoğan hökuməti bu məsələdə İŞİD-lə əməkdaşlıqda ittiham olunur. Üstəlik, İŞİD-ə qarşı NATO koalisiyasına qoşulmaması bu şübhələrə yol açıb. Son bir neçə gün ərzində Türkiyə iqtidarına daxildən və xaricdən yönəlik sərt tənqidlər var. Bunun davamı olaraq PKK ilə də münasibətlər yenidən pisləşib. Qarailanın açıqlaması onu deməyə əsas verir ki, Türkiyə ordusu ilə PKK arasında silahlı qarşıdurmalar təzədən başlanacaq.
863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03