Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

Sızanaq əmələ gətirən qidalar

İstehlak etdiyimiz qidalarda yağların növü dərimizin sağlamlığı üçün çox əhəmiyyətlidir. "Fast food" qidalardakı yağlar doymuş yağlar olduğu və təbii olmadıqları üçün dəriyə zərər verirlər.

Qızartma yeməkləri də çox yüksək temperaturda bişirilir. Bu qidaları nizamlı olaraq istehlak etdikdə orqanizm yeni hüceyrə istehsalında bu yağları istifadə edir. İstehsal olunan hüceyrələr müntəzəm funksiya icra etmədiyi üçün dəri xəstəliklərinə qarşı müdafiəsiz qalır.

Sağlam hüceyrələrin istehsal edilməsi üçün zeytun yağı kimi təbii və sağlam yağlara ehtiyac var. Bu səbəbdən aşağıda qeyd olunan yeməklərdən uzaq durmanız lazımdır:

Kartof qızartması

Xəmir qızartması

Qızarmış toyuq

Ponçik

Çubuq

Yüksək şəkər tərkibli qidalar da sızanaqlara səbəb olur. Şəkər immun sistemini iflasa uğradır, bakteriya, infeksiyalara qarşı bədəni müdafiəsiz hala gətirir. Şəkər, dərinin elastik quruluşunun itməsinə də səbəb olur. Quru və sağlam dərilər infeksiyalara qarşı gücsüz qalır. Mədə pozğunluğu və həzm problemlərinin başlıca səbəbləri arasında yer alan şəkər dolayı olaraq sızanaqlara yol açır. Uzaq dayanmalı olduğunuz şəkərli qidalar:

Şirniyyatlar

Qazlı su

Dondurma

Şokolad

Bol şəkərli meyvə suları

Priyannik
1084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...