Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

Türkiyənin İŞİD-lə gizli anlaşması

Türkiyə Mosulda girov götürülən 49 diplomatın azadlığa buraxılması üçün İŞİD-in 50 üzvünü geri qaytarıb.

Bu barədə Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb.

Xəbərə görə İŞİD-ə təhvil verilən 50 girov arasında yanvar ayında Hələbdə öldürülən İŞİD komandirlərindən Hacı Bəkirin həyat yoldaşı və uşaqları da var.

Məlumata görə, İŞİD-lə danışıqlar zamanı terror təşkilatı 49 girovun əvəzində Hacı Bəkirin ailəsinin də aralarında olduğu Təvhid Bölüyünün üzvlərinin azad edilməsini tələb edib.

Türkiyə tərəfindən bu tələb qəbul edilib və türk diplomatları ilə eyni vaxtda Təvhid Bölüyünün üzvləri İŞİD-ə təslim edilib.

Qeyd edək ki, Mosul konsulluğunun əməkdaşı olan 49 türk diplomat İŞİD tərəfindən iyunun 11-i qaçırılıb və 101 gün girov saxlanılıb./azvision/
876 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13