Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2013

Zaur və Xoşqədəmə qarşı imza toplanır

Azərbaycan Uşaqlar Birliyi məşhur teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevlə bağlı imzatoplama kampaniyasına start verib. Toplanan imzalar 4 quruma - Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) göndəriləcək.

Müraciətdə bildirilir: “Biz – bu müraciəti imzalayanlar son zamanlar Azərbaycan efir məkanında baş verən biabırçılıqlara etiraz edərək Sizə müraciət etmək qərarına gəlmişik. Ölkəmizdə fəaliyyət göstərən bir sıra televiziya kanallarında son dövrlər uşaqların hüquqlarının davamlı olaraq pozulması halları bizi ciddi narahat etməkdədir.

Belə ki, “Azad Azərbaycan” (ATV) televiziya kanalında yayımlanan “Səni axtarıram”, “Ümid var” və s. bu kimi verilişlərdə, eləcə də digər televizya kanallarının efirindəki xəbər, kriminal xarakterli proqramlarda uşaqların hüquqlarının pozulması, onlara mənəvi-psixoloji travmaların vurulması kimi hallar adi normaya çevrilib. Biz telekanalların tamaşaçı toplamaq üçün sensasiyalı, həyəcanlandırıcı anlar yaşadan yollardan istifadə etmələrini başa düşürük və bunları onların öz problemləri kimi qiymətləndiririk. Ancaq sensasiya xatirinə uşaqların maraqlarının tapdanması, hüquqlarının pozulması, onlardan manipulyasiya aləti kimi istifadə edilməsinə göz yuma bilmərik.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bu verilişlərdə uşaqlarla danışan, onlardan müsahibə götürdüyü görüntüsü yaradan “jurnalistlərin” uşaq psoxologiyası və pedaqogikadan elementar bilikləri olmaması bir yana, bu verilişlərə ekspert qismində dəvət edilən şəxslərin də uşaq hüquqları barədə bilikləri demək olar ki, yox dərəcəsindəsir. Elə bu kimi özfəaliyyətin nəticəsidir ki, veriliş sonrası bu uşaqların bir sıra hüquqi və psixoloji problemləri yaranır. Biz uşaqların tərbiyəsinə, onların inkişafına, emosianal durumuna və maraqlarına zidd olan bu kimi verilişlərin hazırlanmasına qarşı çıxır və bu tip proqramlarda uşaqların iştirak etmələrini qətiyyətlə pisləyərək, bu hallara son qoyulmasını tələb edirik. İnanırıq ki, Siz də uşaqların hüquqlarının pozulmasına biganə qalmayaraq, bizim səsimizə səs verəcək və belə neqativ halların aradan qaldırılmasına dəstək olacaqsınız”./publika.az/
2030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı