Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

Rusiya hərbi texnikasını Ukraynadan çıxarır

Donbasda hərbi əməliyyatlar zonasında sentyabrın 22-dən 23-nə keçən gecə rus hərbçilərinin aktivliyi azalıb.

Bu barədə ukraynalı hərbi ekspert Dmitri Tımçuk məlumat verib.

“Bununla yanaşı dünən gecə Luqansk vilayətinin Sçastie, Donetsk vilayətinin Debalçevo, Krasnoqorovka, Marinka, Novootroiçkoe, Şirokino yaşayış məntəqələrində vəziyyət gərgin olaraq qalır. Rus qoşunlarının bir hissəsinin Donbasdan çıxarılmasından sonra Ukraynada ən azı 4 taktiki batalyon qalıb. Rusiyanın bir sıra texnikalarını çıxarması müşahidə olunsa da, ağır silahlar hələ də qalmaqdadır”, - Tımçuk deyib.
740 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber