Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

İŞİD terrorçuları Fransa vətəndaşını qaçırıblar

Qaçırılan şəxs 55 yaşlı Erve Hurdelyadı. O, bir neçə gün öncə Əlcəzairə gəlib. Burada onu İŞİD-ə bağlı “Cund əl-Xəlifət” adlı qruplaşma qaçırıb.

Qruplaşmanın yaydığı videoda Fransaya İraqda başladığı əməliyyatları yekunlaşdırması üçün 24 saat vaxt verilib.

Fransa Xarici İşlər Nazirliyi Əlcəzairdə turistin qaçırılmasını təsdiqləyib.

Qeyd edək ki, İŞİD bir neçə gün öncə ona qarşı hava zərbələri endirən Fransa hökumətini təhdid edib. Terror təşkilatı hava zərbəsi endirən ABŞ və Fransa vətəndaşlarının öldürüləcəyini bəyan edib./axar/
932 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP