Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

Tovuzun icra başçısının camaatın boğazına keçirdiyi “kəndir”

28 saylı TSEK-in sədri Arif Səmədov nə Səlim Müslümovu tanıyır, nə də başqasını, Qovlar və Düzqırıqlı kənd sakinlərinin isə şikayət etmədikləri yer qalmayıb

Bir ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov yenə eyforiyaya qapılaraq söylədi ki, TSEK sədrlərini bir yerə toplayıb və onlara söyləyib ki, rəhbəri olduğu nazirliyə rüşvət daxil olmayacaq. Savaddan kasıb olan bəzi vətəndaşların mövqeyinə hesablanan belə fikirlərə daha heç kim inanmır. Çünki, Səlim Müslümov deməli idi ki, “Rayonlarda heç bir TSEK, ƏSMM rəhbərləri rüşvət almamalıdır. Əgər kimdən rüşvət istənilirsə, 161 qaynar xəttinə məlumat versin. Yoxsa ki, heç kim bu nazirliyə rüşvət gətirməsin” fikri yerində deyil.

Belə çıxır ki, rüşvət alsın, amma başqa yerə aparsın. Yox, Səlim Müslümov həqiqətən tədbir görmək istəyirsə, bir düşünsün ki, misal olaraq Tovuz 28 saylı TSEK-də nə dəyişdi. 28 saylı TSEK-də rüşvət almırlar? Əksinə, alınan rüşvətin məbləği 2 dəfə artıb. İndi də TSEK-ə bir cərrahı, daha doğrusu kəsib-doğramağı bacaran Arif Səmədov təyin edilib. Arif həkim də təyin olunduğu gündən rüşvəti evində almağa başlayıb. Bütün ona müraciət edən “xəstələr”ə 3-cü qrupu məsləhət bilir. “Müştərilər”i 2-ci qrup istədikdə, onlara bunun çətin olduğunu bildirib elə bir qiymət oxuyur ki, adam doğulduğuna peşman olur. Nazir Səlim Müslümov da efirlərdə əl-üz yuyur, imitasiya ilə məşğul olur.

Hazırda 28 saylı Tovuz TSEK-in sədri Arif Səmədovdan narazılıq baş alıb gedir. Məsələn, rayonun Qovular kəndindən Səfərova Rəsmiyyə Zaman qızı, o cümlədən Hümbətov Mais Nadir oğlu Səlim Müslümovun rəhbər olduğu nazirliyə, Prezident Aparatına, əlaqədar orqanlara haqlarını bərpa etmək üçün şikayət edirlər. Amma buna nail ola bilmirlər. Çünki, Arif Səmədov Tovuz rayon İcra Hakimiyyətin başçısı Tofiq Zeynalovun xeyir-duası ilə 28 saylı TSEK-ə rəhbərlik edib və bu səbəbdən ağlı kəsdiyi işi tutur. Ona heç Səlim Müslümovun da gücü çatmır. Bu səbəbdən o, TSEK-də çalışan savadlı tibb bacısı Samirə xanımı belə işdən çıxara bildi. Məgər bunları Səlim Müslümov bilmir? Bilirsə, nədən qarşısını almır?

O, cümlədən, rayonun Düzqırıqlı kənd sakini Səmədov Mədət Hüseyn oğlu da Arif Səmədovdan şikayətçidir. Onun da müxtəlif yerlərə, Səlim Müslümovun özünə belə etdiyi şikayətlərə baxılmır. Belə insanlar Tovuzda yüzlərlədir.

Səlim Müslümov isə hələ də danışır. İşçilərinə müəyyən mənada haqq qazandırmaq istəyir. Amma vəziyyət fərqlidir və Tovuzda sözün həqiqi mənasında bazar açılıb. Məsələn, təkrar komissiyaya gələnlərdən 200 manat istənilir. Bu gün də astma, ruhi-əsəb, bel qrijaları, infaktın yüngül formaları, nevroloji, uroloji “xəstələr”ə qruplar təyin olunur. Məgər bunlar rüşvətsiz edilir?

Gün ərzində təkrar komissiyalara müraciət edən xəstələrin hər birindən azı 80-100 manat rüşvət alınır. Nəzərə alsaq ki, Tovuz 28 saylı TSEK-ə gün ərzində 100-150 nəfər xəstə müraciət edir, onda Səlim Müslümovun qohumunun əli ilə Tovuz 28 saylı TSEK-ə təyinat alan baş həkim Arif Səmədovun yığdığı aylıq rüşvətin həcmini hesablamaq çətin deyil. Tovuzda insanların get-gələ salındığı ünvanlardan birincisi hesab edilən 28 saylı TSEK rayon ƏSMM-dən betərdir.

Nəzərə alaq ki, bir az əvvəl mətbuat Tovuz 28 saylı TSEK-də qiymətlər cədvəlini aşağıdakı kimi xarakterizə etmişdir:

1. 1-ci qrup əlil olmaq həqiqətən çətindir və bunun üçün hər hansı orqanlarının hər ikisi olmamalıdır. Bundan sonra yüngül 1000 manat pul verilməlidir.

2. 2-ci qrup əlil olmaq 6000 manata qaldırılıb.

3. 3-cü qrup əlil olmaq üçün isə 2000-3000 min manat pul rüşvət verilməlidir.

4. Daimi əlil olub ömürlük almaq istəyənlər isə 2-ci qrup üzrə 7000 manat, 3-cü qrup üzrə 6000 manat pul ödəməlidir.

5. Təkrar komissiyadan keçən xəstələr üçün qiymətlər 80-150 manat civarında dəyişir./jam/
837 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber