Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

Putin İŞİD-ə qarşı icaz'siz hərbi əməliyyatları pislədi

Rusiya Xarici İşlər Nazirliyi Suriya rəhbərliyinin icazəsi olmadan İŞİD-ə qarşı başlanılan hərbi əməliyyatlara kəskin münasibət bildirib.

Nazirlik yaydığı bəyanatda bu addımın beynəlxalq hüquq çərçivəsində mütləq cəzalandırılacağı ilə bağlı xəbərdarlıq edib.

Dəfələrlə məsələ ilə bağlı koalisiya ölkələrinə xəbərdarlıq etdiklərini xatırladan nazirlik BMT-ni bu qanunsuzluğa son qoymağa çağırıb: “Rusiya bu cür cəhdlərin beynəlxalq hüquq çərçivəsində reallaşmasının tərəfdarıdır. Burada birtərəfli hücum etmək olmaz. Suriya hökumətinin təsdiqi və ya BMT Təhlükəsizlik Şurasının qərarı lazımdır. Öz geosiyasi hədəflərinizi, bölgə ölkələrinin suverenlik haqlarını pozaraq etdiyiniz cəhdlər təzyiqin yüksəlməsinə və vəziyyətin daha da qeyri-sabit hala gəlməsinə səbəb olacaq”.

Nazirlik verdiyi bəyanatda Prezident Vladimir Putinin BMT Baş katibi Pan Gi Munla telefon əlaqəsi saxladığını və Rusiyanın prinsipial mövqeyini bir daha ortaya qoyduğunu xatırladıb. Rusiya Prezidenti telefon danışığı zamanı belə deyib:
“Suriya rəhbərliyinin hücumlardan xəbərdar edilməsi yetərli deyil. Əməliyyatların həyata keçirmək üçün Suriyadan icazə almaq lazımdır”.

Qeyd edək ki, ABŞ ordusu və koalisiya qüvvələri bu gün Suriyada hərbi əməliyyatlara başlayıb. ABŞ və koalisiya qüvvələri İŞİD-ə qarşı qırıcılar, bombardmançılar və “Tomaqavk” raketlərindən istifadə edirlər.

Suriya rəhbərliyi isə əməliyyatlardan xəbərdar olduqlarını, lakin buna icazə vermədiklərini bildirib./axar/
814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı