Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

"Sovetski" sakinləri növbəti dəfə aksiyaya hazırlaşır

"Bizim evlərin kupçası var və kupçada kvadratmetr göstərilir ancaq icra nümayəndələri buna məhəl qoymurlar. Bizə deyirlər ki, kupça lazımsız şeydir və özümüz ölçüb ona uyğun pul verəcəyik".
"Sovetski" sakinləri aksiyaya hazırlaşır.
Bu haqda "Sovetski-68" ünvanında yaşayan Seyidəmirova Mədinə adlı sakin məlumat verib. Onun dediyinə görə, Yasamal rayon icra hakimiyyətinin nümayəndləri evlərin kupçalarına və orada göstərilən kvadratmetrə məhəl qoymurlar: "Bizim evlərin kupçası var və kupçada kvadratmetr göstərilir ancaq icra nümayəndələri buna məhəl qoymurlar. Bizə deyirlər ki, kupça lazımsız şeydir və özümüz ölçüb ona uyğun pul verəcəyik".
Şikayətçi deyib ki, hər kvadratmetrə ayrılan 1500 manata etirazları yoxdur, sadəcə olaraq bölgünün düzgün aparılmasını istəyirlər: "Bizim evimiz kupçada göstərildiyi kimi 30 kvadratmetrdir, ancaq icra nümayəndələri gəlib 25 kvadratmetr yazıblar. Bizim pulumuzu bu formada mənimsəmək istəyirlər.
Mədinə Seyidəmirova həmçinin deyib ki, yaxın günlərdə bununla bağlı olaraq Prezident Administrasiyasının qarşısında aksiya keçirəcəklər./azxeber/
856 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:14