Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

“Rusiya hədə-qorxulara görə öz kursunu dəyişməyəcək”

Rusiya çox bəlalara sinə gərib, odur ki, iqtisadi sanksiyalar hədə-qorxusu rus qulaqları üçün əhəmiyyətsiz bir şeydir və əhalini Prezident Vladimir Putini daha möhkəm dəstəkləməyə təhrik edir.

Ria Novosti bildirir ki, bu sözləri “Atlantik”in (“The Atlantic”) jurnalisti Ceffri Teyler səsləndirib. Jurnalistin fikrincə, Qərb, xüsusilə də Amerika liderləri, Rusiyanı anlamağa cəhd etməlidirlər və bu ölkəni qorxutmaq yolu ilə kursunu dəyişməyə məcbur edə bilməyəcəkləri faktını qəbul etməlidirlər:

“Rusiya tarixi, coğrafi, mədəni xüsusiyyətəri baxımından nə Şərqə, nə də Qərbə məxsusdur, o, öz-ölüyündə ayrıca bir dünyadır”.

Teylerin fikrincə, sabit və ağıllı dünyaya nail olmağın yeganə şansı NATO və ABŞ tərəfindən Ukraynaya bitərəf münasibət təklifindən ibarətdir. Bu təklif isə - Ukraynanın NATO-ya qəbul edilməyəcəyi haqqında yazılı şəkildə verilmiş vədi və Ukrayna hökumətini Yaçenyukun irəli sürdüyü ölkənin blokxarici statusunun ləğv edilməsinə inandırmağın zəruriliyini nəzərdə tutur. /axar/
808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber