Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2014

Üsamə ben Ladenin yeznəsinə ABŞ-da ömürlük həbs cəzası verildi

ABŞ-da məhkəmə “Əl Qaidə” beynəlxalq terror təşkilatının rəhbərlərindən biri olmuş Üsamə ben Ladenin yeznəsi Süleyman əbu Qeyti ömürlük həbs cəzasına məhkum edib. Bu barədə “Röyters” agentliyinə məhkəmədəki mənbə bildirib.

Süleyman əbu Qeyt 2011-ci ilin sentyabrın 11-də törədilmiş terror aktlarına haqq qazandırmaqda və terrorçuların yeni hücumlar törədəcəkləri barədə bəyanatlar verməkdə ittiham olunub.

Əbu Qeyt 2013-cü ilin fevralında Türkiyə və ABŞ xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində Ankarada otellərin birində saxlanılıb. Lakin sonradan Türkiyə tərəfi Əbu Qeytin ölkə ərazisində cinayət törətmədiyini əsas gətirərək, onu ABŞ-a təhvil verməkdən imtina edib və azadlığa buraxıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları Əbu Qeyti həmin ilin martında İordaniyada saxlayıb./apa/
815 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber