Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2014

Rusiyadan Yaponiyaya cavab gecikmədi

Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun Kuril arxipelaqına aid İturup adasına səfəri Yaponiya hökumətinin etirazına səbəb olub. İTAR-TASS-ın verdiyi xəbərə görə, Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşide Suqa S.İvanovun səfərindən təəssüfləndiklərini bildirib: “Bu səfər Moskva və Tokio arasında aparılan danışıqlara təsir edəcək. Sergey İvanovun səfəri bizdə təəssüf hissi doğurur”.

Siyasilər S.İvanovun İturup adasına səfərini Yaponiyanın Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfəri ilə bağlı dəvətini geri götürməsinə cavab addımı kimi qiymətləndirir.

Kuril adaları İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin nəzarətinə keçib. Yaponiya isə Kuril adalarına Rusiyaya güzəştə getmək istəmir.
947 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
Go to TOP