Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2014

Bakıda avtomobil qatarın altında qaldı

Bu gecə saat 04 radələrində Bakının Nizami rayonu ərazisində yol qəzası baş verib. Bu barədə hadisə şahidləri xəbər verib.

Keşlə qəsəbəsində “Şanxay” adlanan ərazisində, Pəhlivan Fərzəliyev küçəsində minik maşını yük qatarı ilə toqquşub. Nəticədə qatar maşını bir neçə metr sürüyüb.

Qəsəbə sakini Ceyhun Rzayevin verdiyi məlumata görə, hadisə zamanı bir neçə evin həyəti, o cümlədən qaz borusu sıradan çıxıb. İnsanlar vahiməyə düşərək çölə axışıblar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə qorunmayan keçiddə baş verib.

“Hadisə nəticəsində qaz borusu sıradan çıxıb. Ərazidə qaz sızması baş verib. Hadisə yerinə aidiyatlı orqanların əməkdaşları cəlb olunub. Hadisənin nəticələri aradan qaldırılıb”, - deyə Nadir Əzməmmədov bildirib.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanları baş verən qəzann səbəblərini araşdırır.
908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
19.01.17, 22:48
Bəşər Əsəddən