Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2014

Ərdoğanın fikirləşmədiyi türk xalqının başına gəlir

Ərdoğan terrorçuları Suriyaya yollayanda nə fikirləşirdi, amma başına nə gəldi?!

Türk kəşfiyyatından şok hesabat: “İŞİD qarşısında acizik”

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İŞİD-lə bağlı özünün 100 səhifəlik hesabatını hökumətə təqdim edib.

Bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Qəzet MİT-in İŞİD təhlükəsi ilə bağlı hökumətə xəbərdarlıq üçün hazırladığı hesabatda “İŞİD-i nəzarət altına ala bilmirik” ifadələrinin yer aldığını irəli sürüb.

Hesabatda həmçinin, İŞİD-in yeni döyüşçülərinin Türkiyənin cənubundan Suriyaya keçdikləri qeyd olunub.

“Bild”in iddiasına görə, İŞİD terrorçuları 13-17 yaşlarındakı 8 uşağa təcavüz edib kameraya çəkiblər. Sonradan həmin uşaqlar ailələri tərəfindən 3000 dollar qarşılığında yenidən terrorçulara verilir.

Qəzet bildirib ki, İŞİD Türkiyənin gündəlik həyatına çox rahat şəkildə daxil ola bilib. Sosial şəbəkələr vasitəsilə özlərinə yeni döyüşçülər toplayır və küçələrdə öz reklamlarını aparırlar. İnternet səhifələrində linklərini paylaşan, bəyənən və ya retvit edənlərlə əlaqə saxlayıb özlərinə yeni qurbanlar seçirlər. 


981 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber