Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2014

Terrorçular İsrailin nəzarətində olan Colan yüksəkliklərində sərbəst dolaşır

Suriyada təkfirçi terror qruplaşmalarının İsrailin işğalı altında olan Colan yüksəkliklərində sərbəst dolaşdığını əks etdirən video görüntü yayılıb.

İnterAz-ın “PressTV” telekanalına istinadən məlumatına görə, telekanalın əldə etdiyi görüntülərdə əllərində silah tutan qara maskalı şəxslərin həmin ərazilərdə özlərinə məxsus hərbi nəqliyyat vasitələrilə gəzişdiyi əks olunur.

Qeyd edək ki, keçən ay Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri İsrailin Colan yüksəklikləri vasitəsilə Suriya ərazisinə silah və terrorçuların axınına dəstək verdiyini bildirmişdi. Suriyalı diplomatın sözlərinə görə, İsrail İordaniyada təlim keçən terrorçuların Colan yüksəklikləri vasitəsilə Suriya torpaqlarına keçməsinə şərait yaradır.

Xatırladaq ki, hələ fevral ayında İsrailin baş naziri Benyamin Netanyahu Colan ərazilərində terrorçulara məxsus hərbi hospitala gizli səfər edərək yaralı terrorçulara baş çəkmişdi.
785 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15