Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2014

Azərbaycanda həbsxanada qanlı dava: ölən var

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən məhbusun həyatını xilas etmək mümkün olmayıb

Bir neçə gün əvvəl Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qanlı hadisə baş verib. Həmin həbsxanada cəza çəkən Əmrahov Vüqar Şahismayıl oğlu və qardaşı Anar Əmrahov digər məhbus Elşən Əliyevlə mübahisə ediblər. Mübahisə daha sonra dava-dalaşa çevrilib və qardaşlar E.Əliyevə kətillə bir neçə zərbə endiriblər. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E.Əliyev 4 gün sonra keçinib.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, hadisəni törədən qardaşlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), qətlə yetirilən E.Əliyev isə 234-cü (narkotik vasitələr) maddəsi ilə məhkum edilibmiş./lentaz/
890 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:42