Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2014

Yaddaşı artırmaq üçün bunları yeyin

Yaş, stres, gündəlik qayğılar yaddaşın da pozulmasına yol açan səbəblərdən biridir. Amma bunun qarşısını almaq üçün asan vasitələr var.

İspanaq - B qrupu vitaminlər və fol turşusu, E vitamini ilə zəngindir. Beyin hüceyrələrini sərbəst radikallardan qoyurur.

Balıq - Omega 3 beyin funksiyalarının işləməsində önəmli rola sahibdir. Qoz və kətan toxumu da yaxşı Omega-3 qaynağıdır. Əksikliyi depresiya,qavrama problemi, diqqət əksikliyi yaradır.

Qara şokolad - beyin reflekslərini fəallaşdırır. Qara şokolad güclü antioksidantdır. Diqqət toplamaq və konsantrasiyanı artırır.

Mersin,çiyələk - Beyini sərbəst radikallardan qoruyur.

Qırmızı üzüm, kivi, portağal və alma - beynin funksiyalarını gücləndirir.

Süt məhsulları - mükəmməl protein qaynağıdır. Bədəndə sabit enerji mənbəyidir. Gün ərzində yaddaşın yaxşı işləməsini təmin edir.

Yumurta - yaddaş üçün çox vacib olan A , D , B12 , B qrupu vitaminlərlə boldur. Tərkibində beyindən siqnal alıb göndərmək üçün gərəkli olan tirozin var. Bədənin oyaq qalmasına kömək edir.

Taxılar - qara düyü,qara çörək, yulafın tərkibində B6, B12 və folk turşusu var. Yaddaşı qorumaq, diqqəti artırmaq, beynə qan dövranını təmin etmək üçün gərəklidir.

Qabaq və günəbaxan tumu - yuxusuzluq, depressiya kimi problemlərdə rahatlaşmağa kömək edir.

Qırmızı kələm - beyində hüceyrələrə zərərin təsirini azaldır. Yaddaşı canlandırmaq üçün gərəkli maddələrlə boldur. Tərkibindəki fisetin alzeymr xəstəliyinin müalicəsində faydalıdır.

Brokoli - K vitamini qaynağıdır. Beyin gücünü artırmağa kömək edir.

Fıstıq əzməsi - diqqətin cəmlənməsi üçün vacib olan B6 vitamini ilə zəngindir.

Su - susuzluq beynin kortizol adlı hormonu yaratmasına səbəb olur. Bu hormon beynin məlumat toplama qisminin kiçilməsi və yaddaşın azalmasına səbəb olur.
932 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...