Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2014

Atatürkün heykəli yandırıldı - Foto

Mustafa Kamal Atatürkün heykəli kürd gəncləri tərəfindən yandırılıb.

Hadisə Türkiyənin Şırnak əyalətinin Cizrə mahalında baş verib.

PKK-nın gənclik təşkilatı olan YDG-H üzvləri benzin tökərək Atatürkün heykəlini yandırıblar.

Hadisə 1990-cı ildə baş verən bir qarşıdurma ilə əlaqədar olub. Belə ki, kürd gənclər həmin il baş verən bir hadisə nəticəsində ölən və Ortaköy kəndindəki polis bölməsinin həyətinə basdırılan iki PKK-çının basdırıldıqları yerdən çıxararaq doğma torpaqlarına aparıblar. Ölən PKK-çıların nəşlərinin kəndlərində qarşılanması zamanı böyük izdiham da yaşanıb.

Bundan sonra gənclər Cümhuriyyət Parkında ucaldılan Atatürk heykəlinə hücum edərək heykəlin üzərinə benzin töküblər. Alovlar içində qalan heykəl bir qədər sonra külə dönərək aşıb.

PKK-nın gənclər təşkilatı olan YDG-H heykəli yandırdıqlarını rəsmi şəkildə etiraf ediblər./axar/




906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber