Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2014

Cib müxalifəti nədən qorxur?

Eldəniz Quliyev: «Bu addımlar sadəcə olaraq hakimiyyətin xoşuna gəlməyə xidmət edir»

İbrahim İbrahimli: «Kamil Vəli Nərimanoğlu Azərbaycanın barmaqla sayılacaq ziyalılarındandır»


“Azadlıq”ın ötən sayında alim, AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlunun “Əl-müxalifət və əl müxalifəti” sərlövhəli müəllif yazısı çap olunmuşdu. Yazıda müəllif konkret ad çəkməsə də, ölkədəki hazırkı siyasi durumu şərh edərək, bəzi reallıqlara toxunmuşdu. Yazıda əsas tənqid hədəfi isə hökumətin diqtəsilə hərəkət edən “cib müxalifəti" idi. K.V.Nərimanoğlu yazısında bu funksiyanı daşıyanları isə sərt tənqid etmişdi.

Yazı çapa getdikdən dərhal sonra AXCP yetkilisi elə həmin «cip müxalifətinin» təmsilçiləri tərəfindən sərt ittihamlara məruz qaldı. Artıq bu kampaniyaya hakimiyyətin nəzarətində olan media da qoşulub. İctimaiyyət xadimləri tanınmış ziyalıya qarşı olan bu hücumları kəskin qınayırlar.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev bildirdi ki, K.V.Nərimanoğlunun yazısına olan reaksiyalar başa düşüləndir. E.Quliyevin sözlərinə görə, yazıda cəmiyyətdəki eybəcərliklərin sərt tənqid olunması bir sıra şəxsləri hərəkətə gətirib: «Əslində Kamil müəllim özü də sonradan yazdıqlarına olan reaksiyaya münasibət bildirərkən söylədi ki, əgər soğan yeməmisinizsə, içiniz niyə göynəyir. Biz hazırda «soğan yeyənlərin» xorunu dinləyirik. Bu da təbii prosesdir. Hazırda oyuncaq, qurama, saxta, yalançı müxalifəti təmsil edən o qədər adam var. Bu reallığ hamı bilir. Bütün bunların yaradıcısı hakimiyyətdir. Gözəl bir atalar misalı var. «İtə deyirsən niyə hürürsən? Deyir qorxuduram. Bəs o zaman quyruğunu niyə əsdirirsən? İt də deyir ki, bəs özüm də qorxuram axı». Yazının ünvanladığı şəxslər qorxularından hücuma keçiblər. Amma unudurlar ki, əllərindəki qılınc taxtadandır. Cib müxalifətinin təmiz müxalifəti təmsil edən insanlara qarşı mübarizəsi gülüncdür. Cib müxalifəti özünü biyabır edib. Müxalifət düşərgəsi bunlardan təmizlənməlidir. Bu addımlar sadəcə olaraq hakimiyyətin xoşuna gəlməyə xidmət edir».


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli isə bildirdi ki, K.V.Nərimanoğlu Azərbaycanın ictimai-siyasi həyatında yeri, çəkisi və rolu olan ziyalılardan biridir: «Kamil bəy o ziyalılardandır ki, gerçəkdən müstəqillik uğrunda mübarizə aparanların yanında olub. Bu taleyüklü missiyanı bir ziyalı kimi öz üzərinə götürüb. Kamil bəy konfort həyatdan imtina edərək, əməşəqətlərə, təqiblərə, təzyiqlərə məruz qalıb. Ona görə Kamil Vəli Nərimanoğlu canından artıq sevdiyi Azərbaycandan çıxaraq, qürbətdə yaşamaq məcburiyyətində qalıb. Kamil bəy müstəqillik, azadlıq uğrunda öz sözünü dediyi üçün həmişə təqiblərə məruz qalıb. Kamil bəy həmişə ölkədəki prosesləri müşahidə edərək, zaman-zaman müxtəlif yazılarla çıxış edib. Kamil bəy bu sahə üzrə qələmini sınaqdan çıxarmış, ictimai rəyə təsir edə biləcək ziyalılarımızdandır».

İ.İbrahimli hesab edir ki, F.Mustafanın, Q.Həsənquliyevin Kamil bəyin ünvanına səsləndirdiyi ittihamlar yanlışdır. Çünki K.V.Nərimanoğlu Azərbaycanın barmaqla sayılacaq ziyalılarındandır.
1040 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:15