Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2014

ABŞ-da iğtişaşlar: 5 nəfər həbs edildi

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində polislə etirazçılar arasında yeni iğtişaşlar baş verib.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, ən azı 5 nəfər həbs olunub, 2 polis əməkdaşı xəsarət alıb.

Polis kapitanı Ron Conson küçələrin birində 200 nəfərin toplaşdığını, bir neçə nəfərin isə gözəllik salonundan kassa aparatının çıxarılmasına cəhd etdiyini bildirib. Onun sözlərinə görə, polisin dağılışmaq barədə xəbərdarlığına etirazçılar daş və şüşə qablarla cavab verib.

Xatırladaq ki, avqustun 10-da qaradərili gənc Maykl Braun polis tərəfindən açılan atəşlə qətlə yetirilib. Bundan sonra Ferqyson şəhərini etiraz aksiyaları bürüyüb, polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Bir neçə etirazçı polislə toqquşmalarda xəsarət alıb.
767 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı