Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2014

Bakıda baş verən vahimə barədə açıqlama

Daxili İşlər Nazirliyi ötən gecə Bakının Keşlə qəsəbəsində baş verən vahiməli anlar barədə açıqlama yayıb. İstinadən verdiyi məlumata görə, saat 04 radələrində Keşlə qəsəbəsinin ərazisində qorunmayan keçiddə elektrovozla naməlum sürücünün idarə etdiyi “Saipa” markalı avtomobil vurulub.

Sürücü avtomobili hadisə yerində ataraq gedib. Nəticədə avtomobil yararsız hala düşüb.

Bundan əlavə, 2 ədəd elektrik dirəyi, 2 ədəd qaz borusu, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacları aşıb. Habelə qəsəbə sakini Seymur Cəbrayılova məxsus evin hasarının 3 kvm. hissəsi dağılıb.

Qəsəbə sakinləri baş verən hadisədən təşvişə düşərək evlərindən çölə axışıblar./ans/
754 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:22