Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2014

Putinin düşməni: “Onu dayandıracaq lider yoxdur”

Vladimir Putinin Ukraynaya təcavüzü Avropanın siyasi xəritəsini yenidən müəyyən etmək üçün ilk addımdır. Əgər Rusiya prezidenti Ukraynada dayandırılmasa, o, çox irəli gedəcək.

Bunu Litva Prezidenti Dalya Qribauskayte “Vaşinqton Post” qəzetinə verdiyi açıqlamasında deyib.

“Biz Krımda baş verənlərin şahidiyik. əvvəlcə “yaşıl adamlar” idi, sonradan həmin adamlar rus hərbçilərinə çevrildi. Ukraynanın şərqində də eyni vəziyyət yaşanır. Mən əminəm ki, ora Putinin öz gücünü göstərmək üçün işğal etdiyi son ərazi deyil”, - Qribauskayte deyib.

Prezident bildirib ki, Ukraynada vəziyyət ciddiləşdikcə rus qoşunları da ölkənin içərilərinə doğru irəliləyir:
“Bu da o deməkdir ki, dünya Rusiyaya öz qonşularını təhdid edən, hətta onlara müharibə elan edən bir ölkə olmağa icazə verib. Bu, İraqda və Suriyada qarşılaşdığımız beynəlxalq terrorçuluqdur. Problem ondadır ki, bu gün Putin Rusiyası müharibə istəyir və ona hazırdır. Qərb isə müharibəyə hazır deyil və döyüşmək istəmir. Avropada Putini dayandıra biləcək lider yoxdur”./axar/
775 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP