Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2013

Hər iki general hərbçilər qarşısına kəmərsiz çıxıb

Müdafiə naziri və baş qərargah rəisi hərbi geyim qaydaları kobud şəkildə pozdu
Hər iki general hərbçilər qarşısına kəmərsiz çıxıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silqahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov cəbhə bölgəsinə səfəri zamanı hərbi geyim qaydalarını kobud şəkildə pozub. Generalların hərbçilərlə görüşü zamanı çəkilən şəkilləri araşdıran Moderator.az saytı hər iki generalların hərbçilər qarşısına kəmərsiz çıxdığını aşkarlayıb. Şəkildən də aydın görtünür ki, həm müdafiə naziri, həm baş qərargah rəisi, həm də general Qorxmaz Qarayev hərbçilər qarşısına kəmərsiz çıxıb.
Məlumat üçün qeyd edək ki, rütbə və vəzifəsindən asılı olmayaraq üzərində hərbi mundir daşıyan hər bir şəxsin hərbi geyim qaydalarının tələblərinə riayyət etməsi zəruridir. Faktla bağlı saytımıza açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov da generalların hərbi geyimlərində ciddi qüsurların olduğunu təsdiqlədi və xüsusilə də baş qərargah rəisinin əynindəki formanın Azərbaycan ordusunda istifadə edilən formadan əsaslı şəkildə fərqləndiyinə diqqət çəkdi.
1858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı