Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2014

“Leyla Yunusa təzyiqlərin arxasında hakimiyyətin siyasi iradəsi dayanır”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hüquq müdafiəçisinə qarşı edilən zorakalıq aktını pisləyir

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı qanunsuz həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa qarşı həyata keçirilən repressiyalar və fiziki zorakalıqlarla bağlı etiraz bəyanatı yayıb. Bəyanatda deyilir; “Yerli və beynəlxalq hüquq normalarının ayaqlar altına atan mövcud hakimiyyət vətəndaş cəmiyyəti fəallarına qarşı təzyiqləri israrla davam etdirir. Təəssüflə qeyd etmək lazımdır ki, bir sıra aparıcı beynəlxalq təşkilatların və Avropa Parlamenti kimi nüfuzlu qurumların Azərbaycanda insan haqlarının bərbad durumundan ciddi narahatlıq keçirdiyi, vəziyyətin düzəlməyəcəyi təqdirdə rəsmi Bakıya sanksiyaların tətbiq edilə biləcəyi anonsunu verdiyi məqamda Əliyev rejimi ictimai- siyasi fəallara qarşı təzyiqləri səngitmir. Bu təzyiqlər təkcə nisbi azadlıqda olan fəallara qarşı deyil, azadlıqdan məhrum edilmiş həbsxanada olan hüquq müdafiəçilərinə də qarşı nümayiş etdirilir.

Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan tanınmış hüquq müdafiəçisi, nüfuzlu beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı Leyla Yunusun vəkillərinin verdiyi məlumata görə o, həbsxana əməkdaşlarının biri tərəfindən döyülüb.

Dəfələrlə cəhddən sonra Leyla Yunusla görüşən vəkillər bildirib ki, son günlər havalar soyuq keçdiyindən və isti su olmadığından o, soyuq su ilə çimməli olub və nəticədə bərk soyuqlayıb. Hətta bir neçə gün qızdırmalı yatıb. Lakin bu durumuna baxmayaraq, ona heç bir tibbi yardım göstərilməyib. L.Yunus qızdırmalı yatdığı halda, bazar günü onun kamerasında “şmon” keçirilib və nəzarətçilər ciddi şəkildə hansısa yazı axtarıblar. Axtarışdan sonra hüquq müdafiəçisinin yaxınları ilə telefon ünsiyyəti hüququna bir aylıq qadağa qoyulub.

Eyni zamanda həftənin 1-ci və 2-ci günü bərk qızdırması olduğundan və yeriməyə halı olmadığından Leyla Yunus vəkilləri Xalid Bağırov və Elçin Qəmbərovla görüşə çıxa bilməyib: “Leyla xanım bildirib ki, dünən günün ikinci yarısı Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov kamerasına gəlib, onun qolunu buraraq, kameradan çıxarıb, kənarda olan boş kameraya aparıb. Orada saçından tutub, yerə yıxıb və onu yerdə sürüyüb. Bunun üzərindən ona, “ağıllanmırsan da, sən” deyə, bağırıb. Onun böyründən zərbələr endirib”.

Tanınmış hüquq müdafiəçisi xanım Leyla Yunusa qarşı həbsxanada həyata keçirilən bu biabırçı zorakalıq aktını törədən şəxsi cəzalandırmaq əvəzinə Penitensiar Xidmətin baş vermiş olayı təkzib etməsi hadisənin arxasında hakimiyyətin siyasi iradəsinin dayandığını göstərir.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı qanunsuz həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa qarşı həyata keçirilən repressiyaları dayandırmağa, ona qarşı zorakalıq edənlərin cəzalandırılmasını və Leyla Yunusa təcili müvafiq yardım göstərilməsini tələb edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyini Təcridxanada Leyla Yunusla görüşüb onun sağlıq durumunu yoxlamağa çağırır.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Penitensiar Xidmətdən tələb edir ki, Alyans üzvləri daxil olmaqla müstəqil hüquq müdafiəçilərinin Leyla Yunusla görüşünə şərait yaratsın.”/azadlıq/
710 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı