Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2014

450-dən çox Almaniya vətəndaşı İŞİD-a qoşulub

Almaniyanın əks-kəşfiyyat xidməti İraq və Suriyada “İslam dövləti” qruplaşmasının tərkibində döyüşən Almaniya vətəndaşlarının sayını açıqlayıb.
İTAR-TASS-ın verdiyi məlumata görə, Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarənin (BFF) rəhbəri Hans-Georq Maasen “N24” telekanalının efirində bildirib ki, İraq və Suriyaya 450-dən çox Almaniya vətəndaşı yollanıb.
Onlardan 120 nəfərin geri qayıtdığını deyən H. Maasen qeyd edib ki, 25 nəfərin döyüşlərdə iştirak etdiyi və hərbi düşərgələrdə təlim keçdiyi təsdiqlənib.
H. Maasen bildirib ki, koalisiyanın hücumlarından sonra “İslam dövləti” qruplaşmasının vəziyyəti ağırlaşdığından öz ölkələrinə qayıtmaq istəyənlərin sayı artacaq. “Bizdə olan məlumata görə, Avropa Birliyi ölkələrindən 3 min nəfər hazırda İraq və Suriyada döyüşür”, - deyə o vurğulayıb.
781 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP