Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2014

Həsən Ruhani: "Qərb mediası bütün müsəlmanları aşağılayır"

BMT Baş Assambleyasında çıxış edən İran prezidenti Həsən Ruhani Qərb ölkələrini tənqid edib.

Ruhani Yaxın Şərqi bürümüş terror dalğasını bəzi dövlətlərin və kəşfiyyat orqanlarının yaratdığını deyib.

"Kəşfiyyat xidmətləri bu dəlilərin əlinə qılınc verdilər. Onların da indi öldürmədiyi adam qalmayıb".

Həsən Ruhani dünyanın dörd bir yanından döyüşmək üçün bölgəyə gələn radikalların məqsədinin mədəniyyəti yox etmək və xarici ölkələrin bölgəyə müdaxilə etməsinə şərait yaratmaq olduğunu vurğulayıb. İran prezidenti İraq və Suriyadakı terrorçu qrupların fəaliyyətinin zərərsizləşdirilməsi üçün beynəlxalq dəstəyə ehtiyac olduğunu bildirməklə yanaşı, problemin bölgə içində həll olunmasının lazım olduğunu söyləyib.

İran prezidenti terror qruplarının böyüməsində rol oynayanların gələcək nəsillərdən də üzr istəməli olduğunu da deyib. Terror qruplarının özlərini "İslam" adı ilə adlandırmasının heyrətləndirici olduğunu bildirən Ruhani bu ifadəni istifadə edən Qərb mediasının bütün müsəlmanları aşağıladığını deyib.

Demokratiyanın Qərbdən Şərqə ixrac edilməsinin düzgün olmadığını diqqətə çatdıran İran prezidenti demokratik dəyərlərin yerini müharibə deyil, inkişaf yolu tutacağını deyib:

"İnkişaf etməmiş bir cəmiyyətə ixrac edilən demokratiya ancaq zəif hökumət meydana gətirə bilər".

İranın nüvə proqramı ilə əlaqədar yaranan gərginliyinin ancaq danışıqlar yolu ilə həll edilə biləcəyini deyən Ruhani bildirib ki, Qərb ölkələri konstruktiv mövqe nümayiş etdirsə, noyabr ayında razılaşma əldə oluna bilər./ans/
742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat