Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Ata-ana, övlad üzərindəki haqlar barədə məlumat verməyinizi xahiş edirik.
Ad: Turqut, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim

Ata-ananın övlad üzərindəki haqları:
Ata-ana barədə ayə və rəvayətlərdən istifadə olunan haqlar aşağıdakılardan ibarətdir:
1. Şiə olmasalar belə, ata-anaya hörmət edin. 2.Onlarla həmsöhbət olun. 3. Onların inciməsinə səbəb olan sözlər deməyin. 4. Ata-ananın bütün ehtiyaclarını (maddi və qeyri-maddi) ödəyin. 5. Onlarla mehriban və mülayim rəftar edin. 6. Səsinizi onların səsindən yüksək etməyin. 7. Yol yeriyərkən onlardan önə keçməyin. 8. Onlar öldükdən sonra boyunlarında qalan borcları ödəyin, onlara Allah-taaladan bağışlanmaq istəyin.

Yuxarıda qeyd etdiyimiz incə məqamlar bəzi valideynlər üçün o qədər də əhəmiyyətli olmaya bilər, lakin onları yerinə yetirməklə o incə məqamların ata-ana haqlarından olmasını valideynlərə başa salmaq olar.
Rəvayətdə nəql olunur: “Bir kişi Rəsuli-Əkrəmin (s) yanına gəlib dedi: ”Cihada getməyi çox istəyirəm!”
Həzrət (s) buyurdu: “Allah yolunda cihad et, əgər şəhid olsan, Onun hüzurunda diri olacaq və ruzilərindən bəhrələnəcəksən. Əgər şəhid olmadan ölsən, sənin əcr və savabın Allah ilədir. Əgər cihaddan sağ-salamat qayıtsan, sənin bütün günahların sanki yeni doğulmuş uşaq kimi bağışlanacaqdır”.
Kişi dedı: “Ya Rəsuləllah! Amma mənimlə ünsiyyətdə olmağa adət etmiş qoca ata-anam vardır. Mən getsəm onlar narahat olacaqdır”.
Həzrət (s) buyurdu: Ata-ananın yanında onlarla birlikdə qal! And olsun canım əlində olan Allaha, bir gecə-gündüz ata-anaya xidmət etmək Allah yolunda bir il cihad etməkdən daha fəzilətlidir”.

İmam Səccad (ə) ananın haqqı barədə belə buyurur:
Ananın sənin boynunda haqqı budur ki, biləsən o, səni elə bir vaxtda və elə bir yerdə öz bətnində saxlamışdır ki, heç kəs dıgərinə qarşı bu işi görməzdi. Anan səni öz qəlbinin meyvəsi ilə qidalandırmışdır, halbuki başqaları bunu etməzdi. O səni bütün varlığı və bütün vücudu ilə qoruyub saxlamışdır. Özü ac qalıb sənə yemək vermiş, susuz qalıb sənə su vermiş, səni geyindirib özü paltarsız qalmışdır. Səni kölgədə saxlayıb özü günün altında qalmış, özü yuxusuz qalıb səni soyuqdan və istidən qorumuşdur. Bu qədər zəhmətlərə dözməsinin səbəbi bir övladının olmasıdır. Allahın lütfü, köməyi olmasa, ona layiqincə təşəkkür edib zəhmətlərinin qarşılığını verə bilməzsən.

İmam Səccad (ə) atanın haqqı barədə belə buyurur:
Atanın haqqı budur ki, biləsən ,sənin varlığının səbəbi odur. Əgər o olmasaydı səndə yox idin. Sənin varlığında hər nə qədər xoşa gələn şeylər olsa bil ki, bu nemətin kökü atanın varlığındadır. Bəs, bu nemətə görə yaradana şükr et!

İmam Sadiq (ə) buyurur:“Ata ananın övladın boynunda üç haqqı vardır: 1. Ata-anadan təşəkkür etmək. 2. Ata-ananın əmr və nəhyinə tabe olmaq (Bu əmr və nəhy Allah yolunda borcunu yerinə yetirməkdən ibarət olsun. 3. Onlarla gizlində və aşkarda həmfikir olsun.
852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:39