Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2014

Ceyms Korninin qatilinin kimliyi müəyyən edilib

FTB 2 amerikalı jurnalistin başını kəsmiş “İŞİD” silahlısının kimliyini müəyyən etdi

Federal Təhqiqatlar Bürosu (FTB) iki amerikalı jurnalistin başını kəsərək edam etmiş “İslam Dövləti” qruplaşmasının üzvünün şəxsiyyətini müəyyən edib. Bu barədə FTB-nin rəhbəri Ceyms Korni “Röyters” agentliyinə bildirib.

Ceyms Korni qatilin adını və hansı dövlətin vətəndaşı olduğunu açıqlamayıb. FTB rəhbəri, həmçinin, ABŞ-ın Suriyada terrorçularla mübarizə apardığını və əməliyyatlara cəlb edilmiş hərbçilərin əksəriyyətinin vətənə döndüyünü qeyd edib.

Xatırladaq ki, avqustun 20-də internetdə amerikalı jurnalist Ceyms Foulinin edam səhnəsi olan videoyazı yayılıb. Sentyabrın 2-də isə ikinci amerikalı jurnalist Stiven Sotloffun edam videosu yayılıb./apa/
835 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:30