Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2014

Daha bir deputat zibil yeşiyində

Ukraynada ictimai fəallar millət vəkili Viktor Pilipişini zibil yeşiyinə ataraq üzərinə qırmızı boyaq töküblər.

Fəallar millət vəkilinin şəkilini sosial şəbəkələrdə yayıblar.

“Facebook” şəbəkəsindəki müraciətlərində (Varta Kiyeva) fəallar qeyd edib ki, “16 yanvarda diktator qanunlarına səs verən, rüşvətxor-fırıldaqçı Viktor Pilipişin ölkədə sanki inqilab baş verdiyini bilmədən bu gün sakit şəkildə deputatlığa namizədliyini irəli sürmək üçün qeydiyyatdan keçmək istəyirdi”.

Məlumata görə hazırda ictimai fəallar Mərkəzi Seçki Komissiyası binası qarşısında "post" qurublar. Onlar bildirirlər ki, komissiyaya ədalətsiz siyasətçiləri buraxmayacaqlar.

Lakin xəbərdə bundan əvvəlki qurbanlarının videosunu yerləşdirən fəalların Pilipişinin alçaldıcı videosunu yerləşdirməmələrinin səbəbi qeyd olunmayıb.

Xatırladaq ki, daha əvvəl Ukraynada analoji hadisə 2 dəfə baş verib./ans/
778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...