Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2014

Azərbaycanlı tələbələr Türkiyədə öldü

Türkiyənin Uşak şəhərində təhsil alan azərbaycanlı tələbələr ağır yol-nəqliyyat hadisəsinin qurbanı olublar.

Əli Kərimli adlı azərbaycanlı tələbənin idarə etdiyi avtomobil Uşak şəhərində, İzmir-Ankara magistralının 7-ci kilometrliyindəki yol qovşağında dirəyə çırpılaraq yolun əks istiqamətinə keçib və nəticədə başqa bir avtomobillə toqquşub. "Anadolu agentliyi"nin yaydığı xəbərdə qəzaya səbəb olan tələbənin avtomobili icarəyə götürdüyü bildirilir.

Ağır yol qəzasında Uşak Universiteti Maliyyə kafedrasının 2-ci kurs tələbəsi Ülvi Sərdarov ilə İdarəetmə kafedrasının 2-ci kurs tələbəsi Elvin Bəhrəmli elə hadisə yerində keçiniblər. Ağır yaralı olaraq xəstəxanaya çatdırılan digər azərbaycanlı tələbə Anar Musayev isə həkimlərin bütün səylərinə baxmayaraq həyatda qala bilməyib.

Sürücülər ilə avtomobillərdə olan Əminə Kan, Əsra Kan, Hasan Hüseyin Kan və azərbaycanlı tələbə Mayıs Həsənov sıxışmış avtomobillərdən çıxarılaraq təcili xəstəxanaya çatdırılıblar./ans/
957 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...