Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2014

Zil-həccə ayının ilk on gününün fəzilət və əməlləri

Müqəddəs dinimizə əsasən, mübarək Zil-həccə ayı şərafətli bir aydır və iman əhli tarix boyu bu ayda ibadətlə məşğul olmuşlar. Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunmuşdur: «Allah-Taala dərgahında heç bir xeyir əməl və ibadət bu on gündə (Zil-həccə ayının ilk ongünlüyündə) yerinə yetirilən xeyir əməl və ibadətlərdən sevimli deyil.»

Bu on günün özünəməxsus əməl və ibadətləri vardır. Sözsüz ki, ilk növbədə qəza oruc və namazlarına diqqət yetirmək lazımdır. Ən əsası isə, əməllər “qürbət qəsdi” ilə (Allaha yaxınlıq niyyətilə) yerinə yetirilməlidir.

ZİL-HƏCCƏ AYINA TƏSADÜF EDƏN İSLAM TARİXİ

– Zil-həccə ayının 1-i (2-ci hicri-qəməri ilində) imam Əli (ə) ilə xanım Fatimeyi-Zəhra (s.ə.) evlənmişlər.

– Zil-həccə ayının 7-ci günü (114-cü hicri-qəməri ilində) imam Mühəmməd Baqir (ə) Mədinədə vəfat etmişdir.

– Zil-həccə ayının 9-u “Ərəfə” günüdür.

– Zil-həccə ayının 10-u müqəddəs Qurban bayramı günüdür.

– Zil-həccə ayının 15-ci günü imam Hadinin (ə) doğum günüdür.

– Zil-həccə ayının 18-i “Qədir-Xum” bayramı və imam Əlinin (ə) Peyğəmbəri-Əkrəm (s) tərəfindən canişin və vəsi elan edildiyi gündür.

– Zil-həccə ayının 24-cü günü “Mübahilə” günü və Əhli-beytin (ə) məqamı ilə bağlı “Təthir” ayəsinin nazil olduğu gündür.

ZİL-HƏCCƏ AYININ İLK ON GÜNÜNÜN ƏMƏLLƏRİ

Zil-həccə ayının ilk ongünlüyünün bəzi əməlləri bunlardan ibarətdir:

1. Bu ayın ilk doqquz gününü oruc tutmağın savabı bir ömür orucun savabına bərabərdir.

2. Bu on günün hamısında “məğrib” və “işa” namazları arasında iki rükət namaz qılmaq müstəhəbdir. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra bir dəfə “İxlas” surəsini və həmçinin hacıların savablarına şərik olmaq məqsədilə “Əraf” surəsinin 142-ci ayəsini oxuyursan.

3. İlk gündən “Ərəfə” gününün əsrinə qədər “sübh” namazından sonra və “məğrib” namazından əvvəl imam Sadiqdən (ə) nəql edilən “Əllahümmə hazihil-əyyamülləti fəzzəltəha ələl-əyyam…” ibarəsi ilə başlayan duanı oxumaq da tövsiyə edilir. Duanın bütöv mətni “Məfatihul-cinan” kitabının “Zil-həccə ayının əməlləri” bölümündə verilmişdir.

4. İlk ongünlükdə həzrət Cəbrailin (ə) Allah tərəfindən həzrət İsaya (ə) hədiyyə etdiyi duanı oxumaq da müstəhəb əməllər sırasındadır:

(1) اَشْهَدُ اَنْ لا اِلـهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلى كُلِّ شَىْء قَديرٌ (2) اَشْهَدُ اَنْ لا اِلـهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ، اَحَداً صَمَداً لَمْ يَتَّخِذْ صاحِبَةً وَلا وَلَداً (3) اَشْهَدُ اَنْ لا اِلـهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ اَحَداً صَمَداً لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُواً اَحَدٌ (4) اَشْهَدُ اَنْ لا اِلـهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيى وَيُميتُ وَهُوَ حَىٌّ لا يَمُوتُ، بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلى كُلِّ شَىْء قَديرٌ (5) حَسْبِىَ اللهُ وَكَفى سَمِعَ اللهُ لِمَنْ دَعا، لَيْسَ وَرآءَ اللهِ مُنْتَهى، اَشْهَدُ للهِ بِما دَعا وَاَنَّهُ بَرىءٌ مِمَّنْ تَبَرَأَ وَاَنَّ لِلّهِ الاْخِرَةَ وَالاْولى

Oxunuşu:

“Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh. Ləhul-mulku və ləhul-həmd. Biyədihil-xəyr və huvə əla kulli şəyin qədir.

Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh, əhədən, səmədən, ləm yəttəxiz sahibətən və la vələda.

Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh, əhədən, səmədən, ləm yəlid və ləm yuləd və ləm yəkul-ləhu kufuvən əhəd.

Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh. Ləhul-mulku və ləhul-həmd. Yuhyi və yumitu və huvə həyyun la yəmut. Biyədihil-xəyr və huvə əla kulli şəyin qədir.

Hasbiyəllahu və kəfa. Səmiəllahu limən dəa. Leysə vəraəllahi müntəha. Əşhədu lillahi bima dəa və ənnəhu bəriun mimmən təbərrəə və ənnə lillahil axirəti vəl-ula.”

Tərcüməsi:

“Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. O, tək və şəriksizdir. Mülk və həmd-səna Ona məxsusdur. Xeyir yalnız Onun əlindədir və O, hər şeyə qadirdir.

Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. O, tək və şəriksizdir. Yeganə və ehtiyacsızdır. Özünə zövcə və övlad götürməmişdir.

Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. O, tək və şəriksizdir. Yeganə və ehtiyacsızdır. Doğmaz, doğulmaz və tayı-bərabəri olmaz.

Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. O, tək və şəriksizdir. Mülk və həmd Ona məxsusdur. Dirildən və öldürəndir. O, ölməyəcək diridir, xeyir Onun əlindədir və O, hər şeyə qadirdir.

Allah mənə yetərli və kifayətdir. O, dua edəni eşidər. Allahın əhatəsindən kənar heç nə yoxdur. Şəhadət verirəm ki, Allahın dəvət etdikləri doğrudur və O, paklıq axtaranlardan daha pakdır, axirət də, dünya da Allaha məxsusdur!”

Həzrət İsadan (ə) bu beş duadan hər birinin gündə yüz dəfə oxunması üçün çoxlu savab nəql edilmişdir. Əllamə Məclisi yazır: “Hər kim bu dualardan hər birini on dəfə oxusa, hədisə əməl etmişdir. Amma gündə hər birini yüz dəfə oxusa, daha yaxşı olar.”

5. Hər gün imam Əlinin (ə) buyurduğu “La ilahə illəllahu ədədəl-ləyali vəd-duhur” ibarəsi ilə başlayan duanı oxumaq da tövsiyə olunmuşdur. Bu dua da “Məfatihul-cinan” kitabının 526-cı səhifəsində verilmişdir.

BİRİNCİ GÜNÜN ƏMƏLLƏRİ

1. Oruc tutmaq və onun savabı səksən ayın orucunun savabına bərabərdir.

2. Həzrət Fatimeyi-Zəhranın (s.ə.) namazını qılmaq: Bu namaz iki-iki dörd rükətdən ibarətdir, belə ki, hər rükətdə “Həmd” surəsindən sonra 50 dəfə “İxlas” surəsini oxuyursan və salamdan sonra həzrət Fatimeyi-Zəhranın (s.ə.) təsbihatını deyirsən. Namaz qurtarıb dua etdikdən sonra belə deyirsən:


سُبْحانَ ذِى الْعِزِّ الشّامِخِ الْمُنيفِ، سُبْحانَ ذِى الْجَلالِ الْباذِخِ الْعَظيمِ، سُبْحانَ ذِى الْمُلكِ الْفاخِرِ الْقَديمِ، سُبْحانَ مَنْ يَرى اَثَرَ الَّنمْلَةِ فِى الصَّفا، سُبْحانَ مَنْ يَرى وَقْعَ الطَّيْرِ فِى الْهَوآءِ، سُبْحانَ مَنْ هُوَ هَكَذا وَلا هُكَذا غَيْرُهُ .

“Subhanə zil izziş-şamixil munif. Subhanə zil cəlalil bazixil əzim. Subhanə zil mulkil faxiril qədim. Subhanə mən yəra əsərən-nəmləti fis-səfa. Subhanə mən yəra vəq’ət-təyri fil həva. Subhanə mən huvə hakəza və la hakəza ğəyruh.”

3. Zalımın şərini dəf etmək üçün həmin gün bu duanı oxumaq məsləhət görülür: “Həsbi, həsbi, həsbi min suali ilmukə bihali.” (Mənim (Səndən) istəyim və Sənin mənim vəziyyətimdən agah olmağın bəs edər...”

SƏKKİZİNCİ GÜN

Səkkizinci gün “tərviyə” günüdür. “Tərviyə” lüğətdə səfər üçün su götürmək, şəriətdə isə hacıların həccə hazırlaşması mənasını daşıyır. Həmin günü oruc tutmağın savabı çoxdur və hədislərə görə altmış ilin kəffarəsinə bərabərdir.

DOQQUZUNCU GECƏNİN ƏMƏLLƏRİ

Bu gecə mübarək gecələrdəndir və dua gecəsidir. Həmin gecə edilən tövbələr qəbul olunar və hacətlər yerinə yetirilər. Hər kəs bu gecəni ibadətlə keçirərsə, 170 ilin ibadətinin savabını qazanar. Bu gecənin əməlləri aşağıdakılardan ibarətdir:

1. Hər kim həmin gecə və cümə gecələri (“Məfatihul-cinan” kitabının 527-ci səhifəsindəki) “Əllahummə ya şahidə kulli nəcva…” ibarəsi ilə başlanan duanı oxuyarsa, Allah-Taala onun günahlarını bağışlayar.

2. Bu zikri min dəfə demək:


سُبْحانَ الَّذى فِى السَّمآءِ عَرْشُهُ، سُبْحانَ الَّذى فِى الاَْرْضِ حُكْمُهُ، سُبْحانَ الَّذى فِى الْقُبوُرِ قَضآؤُهُ، سُبْحانَ الَّذى فِى الْبَحْرِ سَبيلُهُ، سُبْحانَ الَّذى فِى النّارِ سُلْطانُهُ، سُبْحانَ الَّذى فِى الْجَنَّةِ رَحْمَتُهُ، سُبْحانَ الَّذى فِى الْقِيامَةِ عَدْلُهُ، سُبْحانَ الَّذى رَفَعَ السَّمآءِ، سُبْحانَ الَّذى بَسَطَ الاَرْضَ، سُبْحانَ الَّذى لا مَلْجَاَ وَلا مَنْجا مِنْهُ اِلاّ اِلَيْهِ


“Subhanəlləzi fis-səmai ərşuh. Subhanəlləzi fil ərzi hukmuh. Subhanəlləzi fil quburi qəzauh. Subhanəlləzi fil bəhri səbiluh. Subhanəlləzi fin-nari sultanuh. Subhanəlləzi fil cənnəti rəhmətuh. Subhanəlləzi fil qiyaməti ədluh. Subhanəlləzi rəfəəs-səma. Subhanəlləzi bəsətəl ərz. Subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh.”

3. “Məfatihul-cinan” kitabının azərbaycancaya tərcüməsinin 649-cu səhifəsində göstərilən “on təsbih”i min dəfə oxumaq.

4. İmam Hüseyni (ə) ziyarət etmək.

DOQQUZUNCU GÜN – “ƏRƏFƏ” GÜNÜ

Ərəfə günü bayram adını daşımasa da, ən böyük günlərdən biridir. Həmin gün Allah Öz bəndələrini ibadət və itaətə dəvət etmiş, şeytanı xar etmiş və onu başqa günlərdən daha çox alçaltmışdır. Hədislərdə oxuyuruq ki, “Ərəfə” günü imam Səccad (ə) insanlardan yardım diləyən bir yoxsulun səsini eşitdikdə, İmam (ə) ona buyurur: “Belə bir gündə Allahdan qeyrisindənmi hacət istəyirsən? Halbuki bu gün hətta dünyaya gəlməmiş və ana bətnində olan körpələrə belə Allah-Taalanın lütf və mərhəməti şamildir.”

Bu günün bir neçə xüsusi əməli var:

1. Qüsl vermək.

2. İmam Hüseyni (ə) ziyarət etmək. Bu ziyarətin savabı min həcc, min ümrə və min cihadın savabına bərabərdir. Əgər kimsə həmin günü İmamın (ə) ziyarətinə müvəffəq olarsa, savabı “Ərəfat” səhrasında olanlardan az deyildir.

3. “Əsr” namazından sonra və “Ərəfə” duasını oxumamışdan qabaq səma altında iki rükət namaz qılmaq və Allahın dərgahında günahları etiraf etmək: birinci rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra “Kafirun” surəsini oxumaq tövsiyə olunmuşdur.

4. Bu gün oruc tutmaq digər ibadətlərə mane olmayacağı təqdirdə müstəhəbdir.

5. Ərəfə gecəsinə aid “on təsbih” adlı zikri oxuduqdan sonra yüz dəfə bu zikr deyilir: “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.” Yüz dəfə “İxlas” surəsini və 100 dəfə “Ayətül-kursi” oxunur. Ondan sonra 100 dəfə salavat deyilir və daha sonra bu dua oxunur: “La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və yumitu və yuhyi və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy’in qədir.”

Sonra aşağıdakı zikrlərin hər birini 10 dəfə deyrsən:

– “Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumu və ətubu iləyh. ” (10 dəfə)

– “Ya Əllahu” (10 dəfə)

– “Ya Rəhmanu” (10 dəfə)

– “Ya Rəhimu” (10 dəfə)

– “Ya bədiəs-səmavati vəl ərz, ya zəl cəlali vəl ikram” (10 dəfə)

– “Ya həyyu, ya qəyyum” (10 dəfə)

– “Ya hənnanu, ya mənnan” (10 dəfə)

– “Ya la ilahə illa ənt” (10 dəfə)

– “Amin!” (10 dəfə)

Sonra bu zikri deyirsən:


اَللّـهُمَّ اِنّى اَسْاَلُكَ يا مَنْ هُوَ اَقْرَبُ اِلَىَّ مِنْ حَبْلِ الْوَريدِ، يا مَنْ يَحوُلُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ، يا مَنْ هُوَ بِالْمَنْظَرِ الاَْعْلى وَبِالاُْفُقِ الْمُبينِ، يا مَنْ هُوَ الرَّحْمنُ عَلَى الْعَرْشِ اسْتَوى، يا مَنْ لَيْسَ كَمِثْلِهِ شَىْءٌ وَهُوَ السَّميعُ الْبَصيرُ، اَسْاَلُكَ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد.

“Əllahummə inni əs’əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid, ya mən yəhulu bəynəl mər’i və qəlbih, ya mən huvə bil mənzəril ə’la və bil ufuqil mubin, ya mən huvər-rəhmanu ələl ərşistəva, ya mən ləysə kəmislihi şəy’ və huvəs-səmiul bəsir. Əs’əlukə ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd.”

Sonra da Allahdan hacətini istəyirsən!

6. Bu gün “Ümmü-Davud” duasını oxumaq da tövsiyə edilir.

7. İmam Hüseynin (ə) Ərəfatda oxuduğu ”Ərəfə” duasını oxumaq (“Məfatih” kitabının 654-cü səhifəsində verilmişdir).

8. “Camieyi-Kəbirə” duasını oxumaq.


ONUNCU GECƏNİN ƏMƏLLƏRİ

Zil-həccə ayının onuncu gecəsi bərəkətli və əhya saxlanılması tövsiyə olunan gecələrdən biridir. Bu gecə səmanın qapıları açılar və “Ya daiməl fəzli ələl bəriyyə…” ibarəsi ilə başlanan duanı oxumaq tövsiyə olunur.


ONUNCU GÜN – ”QURBAN” BAYRAMI

Əməlləri:

1. Qüsl vermək;

2. Qurban bayramının namazı;

3. “Səhifeyi-Səccadiyə” adlı dua kitabının 48-ci duasını oxumaq;

4. “Nüdbə” duasını oxumaq;

5. Qurban kəsmək;

6. Namazdan sonra bu təkbirləri təkrar-təkrar demək tövsiyə olunmuşdur:


اللَّهُ‏اَكْبَرُاللَّهُ اَكْبَرُ، لا اِلهَ اِلَّا اللَّهُ وَاللَّهُ اَكْبَرُ،اللَّهُ اَكْبَرُاللَّهُ اَكْبَرُ وللَّهِ‏ِ الْحَمْدُ، اللَّهُ اَكْبَرُ عَلى‏ ما هَدانا اَللَّهُ اَكْبَرُ عَلى‏ ما رَزَقَنا مِنْ بَهيمَةِ الْأَنْعامِ، وَالْحَمْدُللَّهِ‏ِ عَلى‏ ما اَبْلانا.

Əllahu-əkbər, əllahu-əkbər, la ilahə illəllahu vəllahu-əkbər. Əllahu-əkbər, əllahu-əkbər və lillahil həmd, əllahu-əkbəru əla ma hədana. Əllahu-əkbəru əla ma rəzəqəna min bəhimətil ən’am vəl həmdu lillahi əla ma əblana.”

maide.az
2560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...