Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2014

İŞİD-in paytaxtından müdhiş reportaj – Gizli video

Suriyada İŞİD-in qalası sayılan Raqqa şəhərinin gündəlik həyat tərzi görüntülənib.

Türkiyə mediasının yaydığı xəbərdə qeyd olunur ki, niqabda olan naməlum qadın libasında gizlətdiyi kamera ilə şəhərdə xəlvətcə çəkiliş aparıb. İngiltərə və Fransa mediasında yayımlanan və mart ayında lentə alınan videoda diqqət çəkən detallar var.

İŞİD-in paytaxt elan etdiyi Raqqa Suriyanın ikinci böyük şəhəri Hələbdən 100 kilometr aralıda yerləşir. Şəhər küçələrində əllərində “Kalaşnikov” gəzən insanlar görünür. Videoda təkcə kişilər yox, İŞİD-i qoruyan silahlı qadınlar da nəzərə çarpır. Həmçinin, çiynində tüfəng gəzdirən qadınların uşaqlarını parka apardığı görüntülərdə yer alıb.

Videoda silahlı qadınların çoxunun fransızca danışdığı diqqətdən yayınmır. Fransadan Suriyaya gedən azı 150 İŞİD tərəfdarı olan qadının döyüşdüyü bildirilir. Məlumatda deyilir ki, o silahlı qadınlardan biri maşınına minərkən bir adam tərəfindən çağırılır. Həmin şəxs qadına nə üçün üzünün açıq olduğunu soruşur. İctimai yerdə belə şəkildə hərəkət edə bilməyəcəyini irad tutur. Qadın üzr istəyərək gedir.

Xəbərdə Raqqa şəhərində heç bir əyləncə, musiqi olmadığı deyilir. Gizli çəkilişdə o da göstərilir ki, qadın bir internet kafeyə daxil olur. Kafedə sadəcə qadınlar var və hamısı fransızca danışır. Kamera görüntülərində həmin qadınların Fransada ailələri ilə Skaypla danışıqları nümayiş etdirilir. Qadının birinin səsi açıq şəkildə “Ana, mən qayıtmıram. Bunu açıq şəkildə deyirəm. Bunu artıq qəbul et. Bura gəlmək riskinə Fransaya sonra qayıtmaq üçün girməmişəm. Burada çox rahatam, ağlamağın faydası yoxdur”, deyir.


972 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat