Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2014

Leyla Yunusun dedikləri Arif Yunusa tam çatdırılmır

Vəkil Xalid Bağırov sentyabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunusa baş çəkib.

Vəkil deyib ki, Arif Yunusun vəziyyəti stabildir: “Saxlanma şəraiti və səhhəti normaldır. Hər hansı şikayəti yoxdur. Yalnız qanunsuz olaraq tutulmasından şikayətçidir”.

Arif Yunus avqustun 5-də tutulub. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da həbsdədir. Leyla Yunus iyulun 30-da həbs edilib. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Leyla Yunus Bakı İstintaq Təcridxanasında saxlanılır. Son vaxtlar Leyla Yunus dəfələrlə müdafiəçilərinə bildirib ki, təcridxanada ona mənəvi-psixoloji və fiziki təzyiqlər edilir, ona işgəncə verilir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu xəbərləri təkzib edib.

Vəkil Xalid Bağırov xatırladıb ki, Arif Yunus xəstədir, onun ürəyində ciddi problemlər var: “Buna görə də Leyla Yunusun işgəncəyə məruz qaldığı haqda müdafiəçilərinə dediklərini Arif bəyə tam şəkildə çatdırmırıq. Çünki xəstəliyi ciddidir, belə xəbərlərə dərhal pis reaksiya verə bilər”./mediaforum/
705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17
“Qul bazarı”nın f