Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2014

Türkman lider İŞİD-ə görə öz qızlarını öldürdü

“İŞİD heç kimin dininə və məzhəbinə baxmır. Bu dəqiqə sünni türkmanlar da İŞİD-in əlindən qaçmaq istəyirlər, amma buna icazə vermirlər”.

İraq türkmanlarının lideri Ərşad Salihi İŞİD-in türkmanların yaşadıqları bölgələri ələ keçirdiyini və qadınları qaçırdığını söyləyib. O, İŞİD-in heç bir məzhəb fərqi qoymadan insanları qırdığını deyib:

“İŞİD türkmanlarım yaşadığı bölgələri hədəf alıb. İŞİD heç kimin dininə və məzhəbinə baxmır. Bu dəqiqə sünni türkmanlar da İŞİD-in əlindən qaçmaq istəyirlər, amma buna icazə vermirlər. Mənə zəng edən sünni türkman tayfa başçısı İŞİD-in girov götürmək istədiyi qızlarını öz əli ilə zəhərləyib öldürdüyünü dedi. Adam sünnidir, amma İŞİD-ə görə qızlarını öldürüb”.

İraq Türkman Cəbhəsinin lideri Ərşad Salihi İŞİD-i bitirmək üçün qurudan qoşunların çıxarılmasının lazım olduğunu deyib:

"Hava qüvvələri bölgəni yaxşı tanımır. Yalnız səhradakı düşərgələri vururlar. Qurudan qoşunların iştirakına ehtiyac var. Yalnız bu halda iş nəticə verəcək”./axar/
774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber