Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2014

Həsən Ruhanı: “Sanksiyalar aradan qaldırılmalıdır”

İrana qarşı tətbiq edilən sanksiyalar heç bir nəticə vermir, onlar aradan qaldırılmalıdır.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, bunu İranın prezidenti Həsən Ruhani Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib.

“Sanksiyalar heç vaxt əməli alət olmayıb. İstənilən razılaşma onların ləğvini nəzərdə tutmalıdır”, deyə Ruhani bildirib. Onun sözlərinə görə, sanksiyalar Tehranı nüvə proqramından əl çəkməyə məcbur edə bilməz.

İranın nüvə problemi ilə əlaqədar “altılıq” ölkələri ilə dialoqa toxunan Ruhani bildirib ki, danışıqlarda cüzi irəliləyiş olub: “Prosesi sürətləndirmək lazımdır, vaxtımız çox məhduddur”./apa/
853 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP