Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2013

Moskva hava limanında azərbaycanlıları belə alçaldırlar

Moskvanın Domodedovo hava limanında Bakı-Moskva reysindən düşən sərnişinlərə qarşı qeyri-qanuni hərəkətlər edilib. Milli.az xəbər verir ki, 40 nəfər azərbaycanlını hava limanının 30 kvadrat metr sahəsi olan bir otağına salaraq orada gözlədiblər.

Həmin azərbaycanlıların görüntüləri YouTube-da yerləşdirilib. Videonu yayanlar deyirlər ki, hazırda Rusiyada azərbaycanlıların vəziyyəti faşist Almaniyasındakı yəhudilərin vəziyyəti ilə müqayisə olunacaq dərəcədə pisdir. Hər addımda azərbaycanlılara qarşı müxtəlif bəhanələrlə təzyiqlər olunur. Qeyri-qanuni şəkildə insanlar deportasiya edilirlər.

Videonu paylaşan şəxslər Moskvaya getməyi planlaşdıran vətəndaşlarımıza bəzi məsləhətlər də verirlər ki, təhqiramiz hallarla qarşılaşmasınlar.

"Azərbaycanla Rusiya sərhədini keçərkən diqqətli olun! Hazırda bu ölkədə bütün xarici vətəndaşların pasportlarını diqqətlə oxuyurlar, insanları qorxutmaq üçün nalayiq suallar verirlər. Azərbaycan vətəndaşlarını isə məxsusi olaraq daha təhqiramiz şəraitdə saxlayırlar. Sərhəd xidmətinin əməkdaşları Azərbaycan vətəndaşlarının miqrasiya kartlarını və pasportları yoxlamaq adı ilə toplayırlar. Sonra isə onları bir otağa salaraq 2 gündən 20 günə qədər heç bir səbəb göstərmədən nalayiq şərtlər altında saxlayırlar.

Moskva hava limanında görsəniz ki, sərhəd xidmətinin əməkdaşı telefonla çağırır, deməli, sizi alçaltmağa hazırlaşırlar:

Aşağıdakı kimi davranın:

1. Əgər sərhəd xidmətinin əməkdaşı sizin sənədinizi çağırdığı başqa şəxsə vermək istəyirsə, buna imkan verməyin.

2. Sizə deyəcəklər ki, "Sənədləri ver". Deyin ki, öz sənədinizi heç kimə verməyə borclu deyilsiniz.

3. Desələr ki, "bizimlə gəlin", onda cavab verin ki, durduğunuz yerdən heç yerə aralaşmaq niyyətində deyilsiniz. Ya məni Moskvaya buraxacaqsınız, ya da eyni təyyarə reysi ilə geri deportasiya edəcəksiniz.

4. Sizdən sənəd tələb edirlərsə, pasportunuzu öz əlinizdə açıq halda göstərin.

5. Əgər sizi deportasiya edirlərsə, deportasiyanın səbəbini soruşun. Deyəcəklər ki, "Rusiya Federasiyasının miqrasiya haqqında federal qanunun 27-ci maddəsinə əsasən siz deportasiya olunursunuz". Belə halda soruşun ki, həmin qanunu hansı halda pozmusunuz? Onda bilmədiklərini, məsələni Rusiyanın Azərbaycandakı səfirliyində dəqiqləşdirə biləcəyinizi bildirəcəklər. Bu avantüraya getməyin. Əsaslı sənədlər tələb edin. Elə edin ki, sizi həmin 10-larla adamın yığıldığı dar otağa salıb günlərlə saxlamasınlar. Əgər geri qayıtmalısınızsa, mütləq elə getdiyiniz reyslə də geri qayıtmağa çalışın. /musavat.com/
2282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:31
ABŞ-da baş verən me