Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2014

İŞİD-dən yeni taktika

İŞİD-ə qarşı həyata keçirdiyi hücumlardan sonra terror qruplaşması hərəkət planlarında dəyişiklik ediblər.

Kərkükün cənubunda yaşayan qəbilə liderlərindən biri İŞİD terrorçularının artıq əvvəlki kimi zirehli maşınlarda gəzmədiyini, diqqət çəkməməyə çalışdıqlarını bildirib.

“Onlar əvvəlki kimi hərbi karvanlar şəklində gəzmirlər. Bunun əvəzində motosiklet, velosiped və lazım olarsa, qoruyucu rəngdə olan avtomobillərdən istifadə edirlər. Bundan başqa, İŞİD-çilər iz azdırmaq üçün boş evlərə bayraqlarını asırlar. Amma əvvəlki vaxtlarla müqayisədə indi insan ölümləri azalıb. Əvvəllər insanlaı su içmək kimi asan yolla öldürürlər.” – deyə qəbilə lideri sözlərinə əlavə edib.

İŞİD terrorçuları mobil telefondan da az istifadə edirlər. Silahlılar nömrələrini dəyişirlər, işlətmədikləri halda bağlayırlar. Gizlənmək üçün müxtəlif üsullara əl atan silahlılardan bəziləri evlərin həyətində iki nəfərlik xəndəklər qazaraq orada gizlənirlər./ans/
745 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber