Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2014

Yeni planetdə su tapıldı

Amerikalı mütəxəssislər kosmosun dərinliklərində təxminən Neptun böyüklüyündə olan başqa bir planetdə su tapıblar.

Türkiyə mətbuatı xəbər verir ki, “Merilənd” (“Maryland”) universitetinin araşdırmaçıları planetin orbitində olduğu ulduzun önünə keçərək sorduğu işığın rənglərini ölçən zaman bu qənaətə gəliblər.

HAT P-11b adı verilən planetin atmosferində bulud olmaması araşdırmalar zamanı alimlərə işlərində böyük köməklik göstərib.

Xatırladaq ki, yeni planetin atmosferinin yüzdə 90 nisbətində hidrogen və su buxarından əmələ gəldiyi də məlum olub.

Qeyd edək ki, HAT P-11b planeti yaşayış üçün əlverişli olmayacaq dərəcədə istiliyə malikdir.
1042 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11
Pu