Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2014

"Mübariz Qurbanlı vəhhabilərin yolunu gedir"

Hacı Əbdül: "Mübariz Qurbanlı vəhhabilərin yolunu gedir"

“Mən qadağalar olmasının əleyhinəyəm. Sovet vaxtı, allahsızların at oynatdığı zamanlarda belə Islami adət-ənənələri sıradan çıxara bilmədilər, yas mərasimləri, Məhərrəmlik ayı oldu. Indi yas mərasimlərinə qadağa qoymaq yaxşı əlamət deyil”.

Bu sözləri “Yeni Müsavat” qəzetinə “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül yas mərasimlərinə qadağa qoyulmasına münasibət bildirərkən deyib. O daha sonra Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlını ittiham edib: “Keçən həftə Dini Komitənin sədri Mübariz Qurbanlı Yasamal rayonunda din adamları ilə görüş keçirdi, mən də orda idim. Dedi, rayonlara yas mərasimlərinə getmək, başsağlığı vermək lazım deyil. Mən çox təəccübləndim. Necə yəni, yas uzaq rayondadırsa, getmək lazım deyil? O, bir şeyi bilmir ki, hüzr yerinə getmək, hüzr sahibinin yanında olmaq ona təskinlik verməkdir, arxa-dayaq olmaqdır. Mən təəccübləndim və belə qənaətə gəldim ki, bu adam vəhhabilərin yolunu gedir. Vəhhabilər də deyir ki, adam öldü, dəfn elə, başqa heç nə lazım deyil, nə yas məclisi qur, nə yad elə, nə qəbir üstə get. Bu mənada mən çox təəssüflənirəm ki, dindən başı çıxmayan adamları gətirib rəhbər qoyurlar”.
865 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:52
Suriya ordusu Həl